Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Dec 2010
Diqər xəbərlər
BALAKƏN-ZAQATALA VİLAYƏTİNİN SEYSMİK TƏHLÜKƏLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA
Xülasə
Məqalədə Balakən-Zaqatala vilayəti ərazisində zəlzələlərin tərahürünə dair makroseysmik və instrumental məlumatların analizi verilmişdir.
Müəyyən edilmişdir ki, qeydə alınan yerli zəlzələnin intensivliyi əsasən VII-VIII bal, maksimal maqnitudu M » 4,5 olur. Balakən və Zaqatala ərazilərində baş vermiş yerli zəlzələnin intensivliyi I = V-VI bal olub bir neçə titrəyişlə müşayiət olunur. Orta Kür və Aşağı Kür çökəklikləri, Kiçik Qafqaz, Şərqi Gürcüstan və Cənub Dağıstan ocaqları ilə əlaqədar olan uzaq zəlzələnın I = VI-VII bal intensivliklə hiss olunur. Yerli ocaqların seysmik hadisələri (I = VII-VIII bal) əsas təhlükə mənbəyidir. Balakən-Zaqatala vilayətinin zəlzələ ocaqları səthəyaxın xarakterli olub yer qabığının üst qatlarında yerləşir və səthəyaxın strukturların quruluş xüsusiyyətləri ilə əlaqədardır.