Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Dec 2010
Diqər xəbərlər
ŞƏRQİ QAFQAZIN METALLOGENİK ZONALARININ FORMALAŞMASININ GENETİK PARAMETRLƏRİ
Xülasə
Qafqazın geoloji inkişafının Kimmeriy və Alp mərhələlərinin maqmatizm və metallogeniyasının təhlili, regional filiz-maqmatik sistemlərin formalaşmasında tektonik, maqmatik və flüid-hidrotermal proseslər məcmusunun aparıcı rolunu təyin etməyə imkan vermişdir. İzlənilən geotarixi dövrdə okeanlar haşiyəsindəki bu sistemlər Paleotetis (PT) okean hövzəsinin qapanması ilə şərtlənmiş mürəkkəb geodinamik recimlərdə inkişaf etmiş və Mezotetis (MT) okean körfəzinin yaranması baş vermişdir. Bu proses Kimmeriy (mezozoy) mərhələsində xalko-siderofil, Alpda (kaynozoyda) isə xalkofil-litofil təmayüllü hidrotermal və vulkanogen-çökmə yataqların formalaşması ilə müşayət olunan hibrid maqmatizminin təzahür etməsilə mürəkkəbləşmişdir. Kimmeiy və Alp mərhələlərinin struktur-metallogenik zonaları fərdi petrokimyəvi xüsusiyyətlərə malik regional filiz maqmatik sistemlərə uyğundurlar.