Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Dec 2010
Diqər xəbərlər
CƏNUBİ XƏZƏR HÖVZƏSİNDƏ KARBOHİDROGENLƏRİN SAXLANMA ŞƏRAİTİ
Xülasə
Məqalədə bu günə qədər yerinə yetirilmlş, bu və yaxud digər dərəcədə Cənubi Xəzər hövzəsində (CXH) karbohidrogenlərin (KH) saxlanma şəraitinin xüsusiyyətlərinə həsr edilmiş pərakəndə tədqiqatlar ümumiləşdirilmişdir. KH yığımlarının dağılmasının kəmiyyət və keyfiyyət xarakterini müəyyən edən əsas faktorları mexaniki, fiziki, kimyəvi və biokimyəvi proseslər kompleksi kimi təsnif etmək olar. Bu faktorların proseslərin hər birinin CXH-də KH-in saxlanmasına təsiri ayrı-ayrılıqda baxılmışdır. Neft yığımlarının ən intensiv dağılması, tektonik yarılmalar və palçıq vulkanizminin inkişafı ilə şərtlənən, fəal flüid dinamikası zonalarında qeyd olunur. KH yığımlarında qaz faktorunun dərinlik üzrə artması müəyyən edilərək, yığımlarının saxlanma dərəcəsinin artdığına dəlalət etdiyi müəyyən edilmişdir. CXH-də güclü deqazasiya ən çox qalxım və eroziyaya məruz qalmış strukturlar üçün xarakterikdir. Aparılmış tədqi-qatlar CXH-də neftlərin hipergen, həm geokimyəvi, həm də biokimyəvi, dəyişikliklərinin 2 km dərinliyə qədər müşahidə edildiyini iddia etməyə imkan verir. CXH-də neft yataqlarının təqribən 70 %-inin bu və ya digər dərəcədə neftlərin oksidləşməsi və biodeqradasiyası zonasında yerləşməsi təyin edilmişdir; bunlar əsasən hövzənin cinahında yerləşən yataqlardır. Lay temperaturunın səlis metodik qaydalara əsasən ölçmələri və və bu ədədlərin ekstrapolyasiyası müəyyən ehtimal ilə CXH-də maye KH-in mövcudluğunun kritik dərinliyini qiymətləndirməyə imkan vermişdir. Bu səviyyə, temperaturun 175-200°S kritik qiymətinə cavab verən, 11,5-13,5 km dərinlik intervalina uyğun gəlir.