Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Dec 2010
Diqər xəbərlər
Azərbaycanın Şamaxı-Qobustan rayonunun paleogen-miosen çöküntülərinin flüidlərinin və üzvi maddənin karbonunun izotop tərkibinin dəyişməsinin qanunauyğunluqları
Tədqiqatın əsas nəticələri aşağıdaki xülasələrdə öz əksini tapmışdır:
- Paleogen-miosen süxurlarının ÜM KİT dəyişmə hüdudları aşkara çıxarılmışdır. Diatom və altda yataq süxurların KİT arasında dəqiq təbəqələşmə müəyyənləşdirilmişdir;
- Palçıq vulkanların neftlərinin KİT məlumatlarına əsasən onların ÜM üzrə dəyişməsində yığılma şəraitindən fərqlənən və onların keyfiyyətində özünü əks etdirən bir necə stratiqrafik kompleksinin iştirak etdiyinin nəticəsinə gəlinmişdir;
- KİT ÜM və neftlərin cəmi həmçinin onların ətirli və metanlı-naften fraksilarının tutuşdurulması əsasında müyyən edilmişdir ki, palçıq vulkanlarının neftlərinin mənbəyi miosen və oliqosen çöküntüləridir;
- Diatom çöküntülərinin müəyyən edilmiş nisbətən ağır KİT ÜM onun toplanma müddəti ərzində armosferda CO2 tərkibinin aşağı düşməsi və iqlimin hər tərəfli soyuqlaşması ilə şərtlənən qlobal xarakter daşıyır;
- Palçıq vulkanlarının qazlarının KİT bütün tədqiqatlarının təhlili və ümumiləşdirilməsi və məkanda KİT dəyişməsinin kompyuter modellərinin qurulması onun palcıq vulkanlarının əsasını təşkil edən süxurun yaşından asılılığının varlığını təstiqləyir;
- Kompleks tədqiqatlar əsasında biodeqradasiya prosesi nəticəsində əmələ gəlmiş izotoplu ağır CO2 (+5‰ çox) palçıq vulkanların səthi mənşəyi haqqında (2 km dərinlinlinliyə qədər) nəticə çıxarılmışdır. Bu proseslər səthi neft təzahürləri ilə fərqlənən palçıq vulkanları üçün xarakterikdir;
- KİT ilə KHQ arasında eksperimental asılılıq və paleotemperatur şəraitin göstəriciləri (Ro) əsasında bu qazların əmələ gəlmə dərinliyi qiymətləndirilmişdir;
- Cənubi-Xəzər hövzəsinin daha batmış mərkəzi hissəsi istiqamətində müxtəlif yaradan süxurlarının neftin əmələ gəlməsində nisbətən qədim oliqosendən daha cavan miosen çöküntülərinə doğru uzununa iştirakının dəyişməsi baş verir;
- KİT neftlərin istiqamətin dəyişməsi əsasında aşkara çıxarılmış regionun müxtəlif hissələrində neftin əmələ gəlməsində miosen və oliqosen süxurlarının əhəmiyyəti 2000m-dək dərinliklərdə neftin izotoplu yüksək ağır CO2 biodeqradasiyasının şərtlənməsi axtarış-kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.