Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Dec 2010 Diqər xəbərlər Diqər xəbərlər

Qoşa qızıl-sulfid filizlərinin maddi tərkibi və yatağın dərin horizontlarının və cinahlarının perspektivliyinin qiymətləndirilməsi


1. Ümumiləşdirilmiş yatım elimenti submeridional zonalardakı (№4 – 5- 1680 <75-800  şimali-şərq-cənubi şərq-şimali-qərb, №13-10-400-3600<80-85şərq-şimali-şərq) çat sistemlərinin yaratdığı maksimumlar, həm dərinlik qırılması ilə, həmdə  əsas filizdaşıyan kanaldan uzaqda yerləşən qırılma sistemləri ilə əlaqədar olan müxtəlif qalınlıqlı qızıl-filizi cisimlərinin  formalaşmasının perspektivliyini təyin edir.


2. Qızıl əsasən sərbəst formada və narın dispers halda telluridlərə, piritlə, hetit və hidrohetitlə birlikdə qeyd olunur. Filizləşmə zonal xaratakterli olub və filiz cisminin  yatan  qanadından asılı qanadına doğru, filizin tekstur tiplərinin qanunauyğun dəyişməsi  ilə səciyyələnir: xlorit-serisit-kvarsit metasomatitlərində püruzdamarcıq, kristallik-dənəli, zolaqlı, kollomorf və laylı quruluşlu kolçedan filizləri. Qızıl, kvars-pirit, kvars-qızıl-tellurid və hetit-hidrohetit kimi məhsuldar mineral assosiasiayaları ilə əlaqədardır.


3. Əsas filiz əmələgətirən  elementlər yatağın  daxilində qanunauyğun yerləşir və asimmetrik tipli geokimyəvi zonallıq əmələ gətirir . Filiz zonaları Au, Ag, Cu, As, Sb, Pb, Zn, Mo, Co, Ba elementlərinin kompleks geokimyəvi oreolları ilə müşayiət olunur. Bu elementlərin konsentrasiya klarkları (Kk) və artım əmsalları (Kp) qızıl-sulfid təzahürlərinin aşkarı sahələrini  ayırmağa imkan verir. Endogen geokimyəvi oreollar yatağın şimal və cənub-qərb cinahlarında bir sıra lokal sahələrdə qızılın və gümüşün maksimal miqdarını və filiz cisminin özünə məxsus mürəkkəb morfologiyasını əks etdirir.


Filizlərin lokallaşmasının üç-mezohipotermal, mezotermal və epimezotermal horizontu müəyyənləşdirilmişdir ki, bu da yatağın dərin horizontlarında və cinahlarında  proqnozlaşdırılan gizli qızıl  toplularının sənaye əhəmiyyətini müəyyən etməyə imkan verir.