Ana Səhifə / Xəbərlər

Xəbərlər

17 Mar 2011 Diqər xəbərlər Diqər xəbərlər

Azərbaycanın litoloji-paleoqrafik xəritələrinin və Xəzər dənizinin Azərbaycan sektorunun atlası (1:1000000)


I. Layihənin elmi əsaslandırılması
 
Azərbaycanın geologiyası artıq bir əsrdən çox öyrənilir. Bu müddət ərzində ölkədən kənar orta miqyaslı və geniş miqyaslı kəşfiyyatlar aparılmışdı. Eyni zamanda bütün çöküntü komplekslərinin paleontoloji  - stratiqrafik, litoloji və struktur-tektonik xüsusiyyətləri tədqiq olunmuşdur ki, bunun da nəticəsində Azərbaycanın geoloji, tektonik, neotektonik, litoloji, seysmotektonik və s. xəritələri tərtib olunub. 
 
 
Lakin müəyyən sahələr var ki, orada boşluqlar mövcuddur. Bu boşluqlardan biri – Azərbaycanın ərazisi üzrə ümumiləşdirilmiş zəngin litoloji, paleoqrafi, kartoqrafik məlumatların olmamasıdır. Bu boşluğun aradan qaldırılması üçün 1962-1963-cü illər ərzində  1:2500000 miqyasında Atlas tərtib olundu. 
 
 
Lakin bu Atlas kiçik miqyaslı və qeyd olunan məlumatların məhdudluğu nəticəsində təcrübə bir çox problemləri həll edə bilmirdi. Bu atlasda yalnız böyük və kiçik Qafqazın mezokaynozoy evolyusiya mərhələsi təqdim edilib, (depressiya zonalarından başqa), paleozoy mərhələsi isə təmamilə təqdim olunmamışdır. Və sonuncu, burda təqdim olunmuş məlumatlar artıq köhnəliblər. Axırıncı 40 ildə stratiqrafiya sahəsində, fasiya və paleozoy qatında böyük dəyişikliklər baş verib, yeni nəticələr əldə edilib ki, onunla da bizim xarici həmkarlarımız tanış deyillər. 
 
 
Yeni Atlasa (1:1000000) iri miqyaslı litoloji – paleoqrafik xəritələr daxildir və paleozoy eratemin (400 min il) erkən Devon dövrünün axırından bu günə kimi Azərbaycanın geoloji evolyusiyasını əks etdirir. Burada həmçinin tektonik və paleocoğrafi proseslər: bu dövr ərzində baş verən hadisələr qeyd olunub ki, bu da öz növbəsində əsas struktur elementlərin əmələgəlməsi ilə əlaqədar ortaya çıxan, struktur elementlərin əmələ gəlməsi və müəyyən stratiqrafik kompleksin potensialının qiymətləndirilməsi nəticəsindəki suallara aydınlıq verər.
 
 
Faydalı qazıntıların axtarışı və yeni Atlas üçün litoloji-paleocoğrafik xəritələrin kompleksinin işlənilməsi və buna uyğun əfsanələr – bütün bunlar geologiya elmi tərəfindən yığılan və V.V. Belousovun yeni nəşrlərində özünü göstərən, qatın analizi nəticəsində tektonik hərəkətin miqyası qiymətləndirilib (1940) və bir sıra fundamental işlər nəşr olunub (ədəbiyyatın siyahısına bax). Təqdim olunmuş işlərin arasında müxtəlif sahələrdə ayrı-ayrı növlü suxurların paylaşmasının qiymətləndirilməsinə əsaslanan (1952-1953) Rusiya platforması üzrə litoloji – fasiyal və həmçinin mezozoy və kaynozoy dövründə Avropa şelfi üzrə paleocoğrafi xəritələrin Atlasını seçmək olar. 
 
 
II. Məqsəd. Məsələlər. Məlumat – metodik təminat
 
 
Yeni Atlasa Azərbaycanın geoloji kəsilişinin stratiqrafik vahidlərini nümayiş etdirən 44 rəngli xəritələr daxil edilib. Xəritələrin detalları (hissələri) yəqin ki, onların obyektiv interpretasiyalarından asılı olacaq. 
 
 
Bu məqsəd ilə Atlasın tərtibatında mövcud olan geoloji və geofiziki göstəricilərdən istifadə olunacaq. Onların sistemləşdirilməsi və interpretasiyası elmin bu və ya digər sahələrində geoloji təcrübəsi olan elmi işçilər tərəfidən aparılacaq. 
 
 
Layihənin məqsədi Azərbaycanın keçmiş mərhələ və dövrlərdə paleoqrafik və geotektonik mühitinin rekonstruksiyası; regionun əsas strukturlarının yaranması prosesinin və geoloji proseslərin getdiyi yerin və şəraitin tarixi paleo-relyefinin bərpasıdır. 
 
 
Yuxarıda göstərilən məqsədlərə çatmaq üçün müəlliflər aşağıdakı məsələləri həll etməlidirlər:
  • atlasın xəritələri ilə bağlı olan flora və faunanın stratiqrafik vahidlərinin litofasiya qatı üzrə (quyulardan, təbii sızmalardan) məlumatlarının toplanması, sistemləşdirilməsi və analizi. 
  • yaxınlıqdakı sahələri stratiqrafik vahidlərinin litofasiyası və qatını xarakterizə edən geofiziki göstəricilərin (seysmik, elektrik və s.) elmi analizi və interpretasiyası; 
  • çöküntülərin qatında və litofasiya zonalarında tektonik qatların rolu; 
  • dəniz hövzələrinin dibinin və yerin relyefinin təyini üçün kriterilərin əsaslandırılması;
  • narazıçılıqların bə “boşluqların” təyini, kəsilişlərin korrelyasiyası;
  • GİS) müasir məlumat texnologiyasının tədbiq edilməsi nəticəsində xəritənin tədbiqi. 
 
Metodiki baza. 
 
Adətən qeyd olunan geoloji mərhələ üzrə fasiyələrin paylanması zamanı müxtəlif göstəriciləri tədbiq edərək paleoqrafik xəritəni startiqrafiyanın, litologiyanın və paleontologiyanın ilkin faktları nəzərə alaraq tərtib edirlər. 
 
 
Axırıncı coğrafi xəritələrdən fərqli olaraq böyük ada və dənizlərin konturları, yataqların yerləşməsi və dəniz relyefinin strukturu, klimatik şərait və s., keçmiş geoloji şərtlər kontura nisbətən dəyişib. 
 
 
Paleoqrafik xəritələr müəyyən intervallara və geoloji vaxta – kəsilişlərin formasiyalarının yanına uyğunlaşıblar və onlar da, ilkin formada müəyyən yerlərdə qorunub qalan qədmi landşaftın elementlərinə əsaslanıblar. Fasiyələrin və köhnə çöküntü qatlarının ümumi tarixi – geoloji analiz üsulunu əsasən  tədbiq edərək izopaxitli paleoqrafik xəritələr tərtib ediliblər. 
 
 
III. Atlasın strukturu
 
 
Planlaşdırılmış atlas 2 hissədən ibarət olacaq. Birinci hissə bərk ciliddə - bu xəritələrin dəstidir, ikinci hissə - yumşaq ciliddə, izahat hissəsidir. 
 
 
Birinci hissənin  üz qabığında: AMEA; Geologiya İnstitutu, I hissənin adı (litoloji-paleoqrafik xəritələrin Atlası), institutun loqotipi, il və nəşriyyatın yeri. Tərkibi: bura daxildir xəritəni tərtib edən müəlliflərin siyahısı, bölmə “xəritələrin əfsanəsi” və 44 xəritənin yığılması. 
 
1. Erkən ortadevon mərhələsi. Em və Ey fel yaşı. 
2. Ortadevon dövrü. Jivet yaşı. 
3. Gecdevon dövrü. Frans yaşı. 
4. Gecdevon dövrü. Famen yaşı. 
5. Erkəndaşkömür dövrü. 
6. Perm dövrü. 
7. Trias dövrü. 
8. Erkənyura dövrü. Hettaiq və Sinemür yaşı. 
9. Erkənyura dövrü. Plinsbax, Toar yaşı. 
10. Ortayura dövrü. Aalen yaşı. 
11. Ortayura dövrü. Bayos yaşı. 
12. Ortayura dövrü. Bat yaşı. 
13. Ortayura dövrü. Kellovey yaşı. 
14. Gecyura dövrü. Oksford yaşı. 
15. Gecyura dövrü. Kimeric yaşı. 
16. Gecyura dövrü. Titon yaşı. 
17. Erkəntəbaşir dövrü. Barrem və Valanjin yaşı. 
18. Erkəntəbaşir dövrü. Hoteriv yaşı. 
19. Erkəntəbaşir dövrü. Barrem yaşı. 
20. Erkəntəbaşir dövrü. Apt yaşı. 
21. Erkəntəbaşir dövrü. Alb yaşı. 
22. Gectəbaşir dövrü. Senoman yaşı. 
23. Gectəbaşir dövrü. Turon yaşı. 
24. Gectəbaşir dövrü. Konyak yaşı. 
25. Gectəbaşir dövrü. Santon yaşı. 
26. Gectəbaşir dövrü. Kampan və Maastrixt yaşı. 
27. Paleosen dövrü. 
28. Erkəneosen dövrü. 
29. Ortaeosen dövrü. 
30. Geceosen dövrü. 
31. Oliqosen və Erkənmiosen dövrü. 
32. Erkən-ortamiosen dövrü. Tarxan və Çokrak yaşı. 
33. Ortamiosen dövrü. Karaqan and Konk yaşı. 
34. Gecmiosen dövrü. Sarmat yaşı. 
35. Gecmiosen  dövrü. Meotis yaşı. 
36. Gecmiosen dövrü. Pont yaşı. 
37. Erkəntəbaşir dövrü. Balaxan yaşı. (Məhsuldar qatın yaşı və ya MQ formalaşması) 
38. Gecmiosen dövrü. Aqçaqil yaşı. 
39. Erkən dördüncü dövr. Apşeron yaşı. 
40. Erkən dördüncü dövr. Türkan yaşı. 
41. Erkən dördüncü dövr. Bakı yaşı. 
42. Orta dördüncü dövr. Xəzər yaşı. 
43. Gec dördüncü dövr. Xvalın yaşı. 
44. Gec dördüncü dövr. Yeni xəzər yaşı. 
 

“Atlasa” daxil edilmiş xəritələrin müəllifləri (t. I)


Adı, soyadı Tərtib etdiyi xəritənin mövqeyinin sayı 1
V.B.Ağayev 8, 9, 10, 11, 13, 14, 15, 16
Ad.A.Əliyev 38, 39
Q.A.Əliyev 17, 18, 19, 20, 21
L.İ.Əliyeva 38, 39
Ak.A.Əlizadə 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
Q.İ.Allahverdiyev 14, 15, 16
S.Q.Əliyeva 43, 44
E.Z.Atayeva 32, 33, 34, 35
A.T.Haqverdiyev 40, 41, 42, 43
F.S.Əhmədbəyli 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
R.Q.Babayev 12,13,14,15,16
Ş.Ə.Babayev 27, 28, 29, 30
M.A.Bağmanov 27, 28, 29, 30
T.M.Hacıyeva 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
T.Ab.Həsənov 27, 28, 29, 30
T.A.Həsənov 7, 8, 9, 10, 11, 12, 13, 14
İ.S.Həsənov 38, 39, 41, 42
A.N.Hüseynov 37
V.Q.İdrisov 28, 29, 30, 31, 37
S.K.Qaryağdı 36
B.B.Korobanov 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
A.B.Məmmədov 1, 2, 3, 4, 5, 6
A.V.Məmmədov 1, 2, 3, 4, 5, 6, 13, 14, 15, 16, 31, 32, 33, 34, 35, 36, 38, 39, 41, 42, 43, 44
S.B.Məmmədov 28, 29, 30, 31, 37
A.M.Süleymanov 27
O.N.Şirinov 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
D.A.Eyvazova 7, 8, 9, 10, 11, 12

1III bölmədə xəritənin seriya sayına uyğundur


İzahedici kağızın müəllifləri
  • A.V.Məmmədov (Paleozoyun litoloji-paleoqrafik xəritələri)
  • T.A.Həsənov (Trias və Yuranın litoloji- paleoqrafik xəritələri)
  • Ş.Ə.Babayev (Pliosen və Eosen litoloji-paleoqrafik xəritələri)
  • S.B.Məmmədov (Oliqosen – Erkən Miosenin litoloji-paleoqrafik xəritələri)
  • A.V.Məmmədov (Erkən-orta Miosendən Yenixəzər yaşına qədərki dövrü əhatə edən litoloji-paleoqrafik xəritələr).

V. Layihənin icra müddəti
  • Başlanğıcı: yanvar 2002-ci il
  • Sonu: mart 2003-cü il

Daha dolğun məlumat üşün müraciət edin:


Akademik Ak.A.Əlizadə
H.Cavid pr., 29A, AZ1143 Bakı, Azərbaycan
Tel: (99412) 4386230; 4975286
Faks: (99412) 4975285
E-mail:
vibrahimov@gia.az