Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

“GEOLOGİYA MÜHƏNDİSLİYİ” İXTİSASI ÜZRƏ MAGİSTR DİSSERTASİYASININ MÜDAFİƏSI UĞURLA NƏTİCƏLƏNİB


20 iyun 2022-ci il

Geologiya və Geofizika İnstitutunun magistraturasında “Geologiya mühəndisliyi” ixtisası üzrə İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclası keçirilib.

AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun 2 iyun 2022-ci il tarixli sərəncamına əsasən yaradılmış müdafiə şurasında “Neft-qaz hövzələrinin geologiyası” ixtisaslaşması üzrə magistr dissertasiyasının müdafiəsi baş tutub.

Akademik Əkpər Feyzullayevin sədrliyi ilə keçirilən komissiyanın tərkibində AMEA müxbir üzvü Elmira Əliyeva, Neft və Qaz İnstitutunun icraçı direktoru professor Vaqif Qurbanov, həmçinin aparıcı alimlər iştirak ediblər.

“Geologiya mühəndisliyi” ixtisası üzrə təhsilini bitirən II kurs magistrantı Nazim Əliyev ixtisaslaşdırılmış müdafiə şurasının qarşısında magistr dissertasiyasını yüksək səviyyədə təqdim edib və elmi iş müdafiə şurası tərəfindən müzakirə edilərək əla qiymətləndirilib.