
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
11 Feb 2011
Diqər xəbərlər
“Küylərin analizi nəzəriyyəsi və onun əsasında seysmoakustik telemetrik stansiyaların yaradılmasının mümkünlüyü” ümumrespublika elmi seminarı
2011-ci ilin fevral ayının 16-da saat 1100 -da Geologiya İnstitutunun akt zalında “Küylərin analizi nəzəriyyəsi və onun əsasında seysmoakustik telemetrik stansiyaların yaradılmasının mümkünlüyü” mövzusunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçiriləcək.
Məruzəçi: Azərbaycan MEA-nın Kibernetika İnstitutunun direktoru, akademik T.Ə.Əliyev.
Məruzadə aşağıdakı məsələlər əhatə olunacaq:
- Mövcud olan informasiya texnologiyaları və onların stoxastik proseslərin analizində istifadə edilməsi variantları;
- Stoxastik prosesləri analiz edərkən stasionarlıq, normal paylanma, küylə siqnal arasında korrelyasiyanın sıfır olması və b. klassik şərtlərin ödənilməsinin vacibliyi;
- Göstərilən klassik şərtlərin pozulmasından yaranan xətalar;
- Stoxastik obyektlərin normal texniki vəziyyətlərinin riyazi modelləri. Onların normal texniki vəziyyətdən qəza vəziyyətinə keçmələrinin xüsusiyyətləri. Qəza vəziyyətinə keçməyin gizli və aşkar dövrünün informativ əlamətləri;
- Obyektlərin qəza vəziyyətinə keçmələrinin aşkar edilmələrinin çətinlikləri;
- Anomal seysmik proseslərin analiz olunmasının çətinlikləri;
- Küylənmiş siqnalların robast analizi texnologiyaları;
- Küylərin analizi texnologiyarı;
- Anomal seysmik proseslərdən alınan seysmoakustik siqnalların analizi texnologiyaları;
- İstismarı dayandırılmış neft quyularının borularının seysmoakustik kanal kimi istifadə olunmasının mümkünlüyü;
- Seysmoakustik telemetrik stansiyanın eksperimental variantı;
- Qum adasında quraşdırılmış seysmoakustik telemetrik stansiyalarda aparılan eksperimentlərin nəticələri və onların analizi.