Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN ELMİ SEMİNARINDA FRANSIZ DOKTORANT ÇIXIŞ EDİB


23 iyun 2022-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində geniş seminar keçirilib.

Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Fatma Süleymanova tədbiri giriş sözü ilə açaraq Fransanın Montpellier İnstitutunun doktorantı Lukas Dugerdilin “Paleoiqlim haqqında anlayışımızı necə təkmilləşdirə bilərik? Avrasiyanın quraq torpaqlarının Son Holosen dövrünün nümunəsi” mövzusunda məruzə edəcəyini bildirib və qonağı seminar iştirakçılarına təqdim edib.

AMEA Yer Elmləri Bölməsinə daxil olan digər təşkilatlların gənc alim və mütəxəssislərinin də iştirak etdiyi tədbirdə Lukas Dugerdil məruzəsi maraqla dinlənilib.

Əcnəbi məruzəçi seminarda dəqiq kəmiyyət rekonstruksiyalarını təmin etmək üçün tələb olunan kalibrləmə prosesinə xüsusi diqqət yetirilməklə, kontinental göl çöküntü nüvələrində (üzvi geokimya, polen və XRF) qeydə alınmış bəzi paleoklimat rekonstruksiya proksiləri təqdim edilib və təhlil edildiyini bildirib. Həmçinin Ayraq gölünün nüvəsinə əsaslanan Son Holosen Monqolustan paleoklimatı Azərbaycan göllərinin çöküntülərinin tədqiqinin ilkin nəticələri haqqında danışıb.

Gənc mütəxəssis daha sonra çoxsaylı sualları cavablandırıb.

GGİ-nin GAMŞ sədri Fatma Süleymanova maraqlı təqdimata görə əcnəbi məruzəçiyə iştirakçılar və İnstitut rəhbərliyi adından təşəkkür edib.