
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Feb 2022
Diqər xəbərlər
RƏFİQƏ SƏMƏDOVA DÜNYASINI DƏYİŞİB
14 fevral 2022-ci il

Rəfiqə Əhməd qızı Səmədova 1936-cı ildə Bakı şəhərində doğulub. 1960-cı ildə dağ-mədən mühəndis geoloqu ixtisası üzrə Azərbaycan Sənaye İstitutunu bitirib. 1985-ci ildə “Böyük Qafqazın cənub yamacının Vəndam zonasının təbaşir vulkanizmi ” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Onun Böyük Qafqazın cənub yamacının Vəndam zonasının maqmatik çöküntülərinin yaş və farmasiya sistematikasını apardığı və əldə etdiyi nəticələr palevulkanoloji xəritələrinin və “Azərbaycanın maqmatizim və metomorfizim” xəritəsinin qurulması üçün əsas olub.
R.Səmədova Geologiya və Geofizika İnstitutunda tematik plan üzrə yerinə yetirilən “1970-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi” mövzusunda elmi-tədqiqat işinin istiqamətlərindən biri olan “Petrologiya, litologiya, geokimya, mineralogiya və petroqrafiya”nın əsas icraçılarından biri kimi tanınır.
Alim 50-dən çox çap olunmuş əsərin müəllifi və bir monoqrafiyanın həmmüəllifidir.
İstedadlı alim Rəfiqə Səmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!