
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Mar 2022
Diqər xəbərlər
AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB
18 mart 2022-ci il

Novruzov Novruz Əhməd oğlu 1937-ci ildə Azərbaycanın Fizuli rayonunun Horadiz kəndində anadan olub. 1959 cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin geoloji-cografiya fakültəsini bitirib. 1964-1975-ci illərdə Azərbaycan EA Qeyri-üzvi Fiziki Kimya İnstitutunun “Geokimya” laboratoriyasında işləyib. 1968-ci ildə ”Filizçay yatağı timsalında Böyük Qafqazın cənub yamacının kolçedan-polimetal yatağı nadir elementlərinin geokimyası” mövzusunda namizədlik dissertasiyası, 1975-ci ildə doktorluq dissertasiya müdafiə edib. 1988-ci ildən Geologiya İnstitutunda işləyib.
N.Novruzov filiz yataqlarının geokimyası sahəsində mütəxəssis idi. Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Böyük Qafqazın cənub yamacının (Filizçay, Katex və s.) kolçedan yataqlarında və səpinti elementlərin paylanması qanunauyğunluqlarını müəyyən edib. 70-dən çox elmi əsəri çap olunub, 2 monoqrafiyanın həmmüəlifidir.
İstedadlı alim Novruz Novruzovun xatirəsi qəlblərdə daim yaşayacaq.
ALLAH rəhmət eləsin!