
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Elanlar
XIII RESPUBLİKA ELMİ KONFRANS
Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti,
Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının
Azərbaycan bölməsi (EAGE LC Azerbaijan)
və AR ETN Geologiya və Geofizika İnstitutu ilə birlikdə
15 dekabr 2025-ci il tarixində
Bakıda, AR RTN GGİ-nin akt zalında (ünvan: Hüseyn Cavid pr.,119)
Akademik ŞƏFAYƏT MEHDİYEVİN xatirəsinə
həsr olunmuş
“KARBOHİDROGENLƏRİN YARANMASI, MİQRASİYASI VƏ YIĞILMASI”
mövzusunda XIII Respublika Elmi Konfransının keşirilməsi barədə elan edir.
Konfransda məruzə ilə iştirak etmək üçün müraciətlər 22 noyabr 2025-ci il tarixinədək aşağıdakı mövzular üzrə qəbul edilir:
- Neftin və qazın genezisi miqrasiyası və yığılmasının öyrənilməsinə dair yeni məlumatlar;
- Müasir kəşfiyyat qazma işlərinin nəticələri;
- Neft və qaz hövzələrinin əmələ gəlməsi və geoloji modelləşdirilməsinin nəticələri haqqında;
- Neft və qaz geokimyası ilə bağlı tədqiqatların yenilikləri;
- Neft və qaz hövzələrinin termobarik rejimi haqqında;
- Kəşfiyyat geologiyasının digər məsələləri.
Bir səhifə həcmində (3500-4000 simvol) məruzələrin tezislərini azərbaycan və ya rus dilində 22 noyabr 2025-ci il tarixinə qədər konfransın Təşkilat Komitəsinin katibi Leyla Şükürə
(e-mail: eagelcazerbaijan@gmail.com ; leylasecretary.aspg@gmail.com ) təqdim etməyinizi xahiş edirik.
https://www.facebook.com/photo/?fbid=1230693649103562&set=a.295268512646085