Ana Səhifə / Elanlar

QLOBAL SU MÜKAFATININ BEŞİNCİ DÖVRÜ ELAN OLUNMUŞDUR

03 - 30 Sep 2026 QLOBAL SU MÜKAFATININ BEŞİNCİ DÖVRÜ ELAN OLUNMUŞDUR Elanlar

Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hər il təşkil olunan “Mohammed bin Rashid Al Maktoum” Qlobal Su Mükafatının beşinci dövrü elan olunmuşdur.


Sözügedən mükafat bərpa olunan enerji mənbələrindən istifadə etməklə təmiz içməli suyun istehsalı, duzsuzlaşdırılması, saxlanılması, paylanması və monitorinqi sahələrində innovativ texnologiyaların və layihələrin təşviqinə, habelə qlobal miqyasda su çatışmazlığının aradan qaldırılmasına yönəlmiş həllərin dəstəklənməsinə xidmət edir. Mükafat fondunun ümumi məbləği 1 (bir) milyon ABŞ dollarıdır və müraciətlərin qəbulu üçün son tarix 30 sentyabr 2026 - cı il müəyyən edilmişdir.


Əlaqə:


Tel.: +994 12 599 98 88; Faks: +994 12 599 98 88

E- poçt: info@eatda.edu.az


Ətraflı məlumat üçün: https://www.mbrwateraward.ae/en/awards