Ana Səhifə / Xəbərlər

Xəbərlər

17 Feb 2021 Diqər xəbərlər Diqər xəbərlər

ELMİ SEMİNAR QLOBAL İQLİM DƏYİŞMƏLƏRİNƏ HƏSR OLUNUB

 
17 fevral 2021-ci il

Geologiya və Geofizika İnstititunda “Qlobal iqlim dəyişmələri planetimizin əsas çağırışı kimi, onların Azərbaycan ərazisində təzahürləru” mövzusunda ümumrespublika elimi seminarı keçirilib.

İnstitutun direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq son illərdə dünya miqyasında müşahidə olunan iqlim dəyişmələrinin, bu təzahürlərin Azərbaycandan da yan keçmədiyini və bunun bir sıra problemlər yaratdığını, həmçinin ölkə alimlərinin bu sahədə apardıqları elmi tədqiqat işlərini xatırladıb. A.Əlizadə bidirib ki, deyilən problemlərlə bağlı AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədovun tədqiqatları daha çox maraq doğurur və o, elmi nəticələrini seminar formatında həmkarları ilə bölüşməyə razılıq verib.

Akademik Ramiz Məmmədov iqlim dəyişmələrinin nəzəri əsasları, proqnoz modelləri, dövlətlərarası Ekspertlər Qrupunun təklif etdiyi model və ssenarilər əsasında Azərbaycan üçün alınmış nəticələr, respublika ərazisində müşahidə olunan iqlim parametrləri haqqında geniş məlumat verib. Həmçinin iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə, kənd təsərrüfatına və ölkə ərazisində insan sağlamlığına təsirini faktlar, rəqəmlər, diaqramlarla izah edib.

Sonra məruzəçi həmkarlarının çoxsaylı suallarını çavablandırıb.

Elmi seminar iştirakçıları məruzə ətrafında çıxışlarında akademik Ramiz Məmmədovun təqdimatını yüksək qiymətləndiriblər.