
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
09 Sep 2011
Diqər xəbərlər
Azərbaycan geoloq-alimi Almaniyada görüşlər keçirmişdir
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev Almaniyanın Axen Universitetinin alim və müəllim heyəti, həmçinin Şlyumberj Şirkətinin elmi-tədqiqat mərkəzinin kollektivi ilə görüşlər keçirmişdir.
Görüşlərdə hövzəmodelləşdirmə texnologiyasının köməyi ilə yeni neft-qaz yataqlarının üzə çıxarılması sahəsində təcrübələrdən bəhs olunmuş və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Almaniyanın qeyd olunan texnologiya üzrə kompyuter proqramlarını Azərbaycanın ali təhsil müəssisələrində tətbiq etmək də müzakirə obyekti olmuşdur.
Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.