
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
26 Sep 2012
Diqər xəbərlər
AZƏRBAYCAN ƏRAZİSİNDƏ RADON QAZININ PAYLANMASINA DAİR YENİ XƏRİTƏ PRAQADA TƏQDİM OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda yeni tərtib olunmuş “Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanma xəritəsi” Praqada konfransda beynəlxalq elm ictimaiyyətinə təqdim edilmişdir. Təqdimat Çexiya Geoloji Tədqiqatlar və Radon Təşkilatının keçirdiyi “Radonun yayılma xəritəsinin tərtibinin geoloji aspektləri” adlı XI Beynəlxalq konfransda baş tutmuşdur. Üçgünlük tədbirdə 26 ölkə, o cümlədən ABŞ, Almaniya, Fransa, İtaliya, Rusiya, Yaponiya və digərləri təmsil olunmuşlar. Konfransda Geologiya İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev elmi məruzələrlə çıxış etmiş, xəritə ilə əlaqədar aparılmış tədqiqatlardan və əldə olunmuş nəticələrdən danışmışlar.
Qeyd edək ki, xəritə Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilmiş “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlanan layihə çərçivəsində ərsəyə gəlmişdir və ölkəmizdə radonun paylanmasına dair ilk xəritədir. Üçillik layihə İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə icra olunmuşdur.
Xatırladaq ki, radon qazı Yer kürəsində geniş yayılmışdır. O, normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yeri tutur.

