Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Sep 2012 Diqər xəbərlər Diqər xəbərlər

Nafta-Press nəşriyyatı


Geologiya İnstitutunun Nəşriyyat şöbəsi 1996-cı ilin fevral ayında yaradılmışdır. Bir müddət, yəni 2002-ci ilə qədər bu şöbə nəşr olunacaq kitabların çapa hazırlanması ilə məşğul olmuşdur. 2002-ci ildə Şöbənin nəzdində "Nafta-Press" adlı nəşriyyat təsis edilmiş və Respublika Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatından keçirilərək, fəaliyyətə başlamışdır. İndi çapı nəzərdə tutulmuş bütün kitab və jurnallar birbaşa şöbədə səhifələnir və müəyyən olunmuş tirajla çap olunur. Bunun üçün institut rəhbərliyi tərəfindən "Nafta-Press" nəşriyyatına hər cür şərait yaradılmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan elminin müxtəlif sahələrinə aid 400-ə yaxın kitab və jurnal "Nafta-Press" nəşriyyatının qrifi ilə işıq üzü görmüşdür. "Azərbaycanın geologiyası" (8 cilddə), "Azərbaycan mineralları", hər il 4 nömrəsi çapdan çıxan "Xəbərlər" jurnalı, on cildlik "Coğrafiya elminin uğurları" kitabı, Beynəlxaq konfranslar üçün hazırlanmış tezis və məqalələr məcmuəsi buna misaldır.