Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 Mar 2016
Diqər xəbərlər
1- MART ÜMUMDÜNYA MÜLKI MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB.
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən danışıb.
Bildirib ki, Beynəlxalq MM təşkilatının tarixçəsi 1931-ci ildən başlayır. 1931-ci ilin mayında tibb xidmət generalı fransız Corc Sant-Pol Parisdə "Cenevrə regionu Assosiasiyası" təşkilatını yaradır, sonralar o, "Beynəlxalq Mülki Müdafiə Təşkilatı"na çevrilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər ilin bu günü təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd edilir.
Sonra institutun Mülki Müdafiə Qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edib. O, əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Respublikasının 1993-cü ildən bu humanitar təşkilatın üzvlüyünə qəbul edilməsindən və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak etməsindən danışıb.
Son illər ölkəmizdə bu sahəyə də xüsusi diqqət yetirilir. 16 dekabr 2005 ci ildə Fövqəladə Hallar Nazirliyi, onun maddi-texniki bazası yaradıldı, müasir texniki avadanlıq alındı.Elə həmin il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını 11 may 2011-ci ildə təqdim etdi, görülən işləri yüksək qiymətləndirdi.
1995- ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə günü hər il konkret bir mövzuya həsr olunur və buna müvafiq müxtəlif kütləvi tədbirlər keçirilir.
O.Fərzəliyev nitqinə “Mülki Müdafiə və yeni informasiya texnologiyaları”.mövzusu üzrə geniş məruzə ilə davam edib.
Sonda tədbirdə, həmçinin mülki müdafiə zamanı istifadə olunan texniki avadanlıq və cihazlar nümayiş etdirilib, onların təyinatı və iş prinsiplərindən danışılıb və videomaterial izlənildi.

.jpg)