
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AZƏRBAYCAN VƏ FRANSA ALİMLƏRİ QOBUSTANDA PALÇIQ VULKANI ÜZƏRİNDƏ TƏDQİQAT APARIRLAR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə“Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V”şirkətinin əməkdaşları Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanının geoloji və struktur quruluşunu öyrənirlər. Əməkdaşlığa dair müqavilə əsasında görülən işlər institutun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi altında həyata keçirilir.
Çöl-tədqiqat işlərində GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, adıçəkilən şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov,Fransa şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, həmçinin bu ölkənin müxtəlif universitetlərindən professor, doktorant və magistrlar iştirak edir.
Tədqiqat işlərinin nəticələri birgə hazırlanacaq və elmi nəşrlərdə çap olunacaq.
Azərb