Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Aug 2018 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin ALİMİ BEYNƏLXALQ ELMLƏR AKADEMİYASININ M.V.LOMONOSOV ADINA MEDALINA LAYİQ GÖRÜLÜB

 
18 avqust, 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar mühəndisi Fuad Hacızadə Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalına layiq görülüb.

F.Hacızadə bu medalla ekologiya və həyat fəliyyətinin təhlükəsizliyi, habelə kosmik tədqiqatlar sahəsində apardığı səmərəli tədqiqatlara görə təltif olunub.
M.V.Lomonosov adına medal ekologiya və təhlükəsizlik üzrə töhfə verən alimlərə və mütəxəssislərə verilir.

Xatırlafdaq ki, Fuad Hacızadə elm sahəsində bir sıra əhəmiyyətli ictimai vəzifələr daşımaqla yanaşı, Respublikanın ilk Milli telekomunikasiya “AZƏRSPEYS” peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması üzrə ilk İşçi qrupunun üzvü kimi fəaliyyət göstərib.Həmçinin AMEA elmi-tədqiqat institutlarının müdafiə şuralarının üzvü, AR Prezidenti yanında Ali Atestasiya Komissiyasının texnika elmləri və yer elmləri bölmələri üzrə ekspert komissiyalarının üzvüdür.





AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru