
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
17 Feb 2017
Diqər xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB
17 fevral 2017-ci il
Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq akademik Pərviz Məmmədov 80 və akademik Hətəm Quliyev 70 illik yubiley münasibətləri ilə kollektiv tərəfindən təbrik olunublar. Yubilyarlara xoş arzular ifadə olunub. Həmçinin, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov elmimizin inkişafında müstəsna xidmətlərinə görə “Media Araşdırma” və “İnterxəbər”in birgə layihəsi əsasında “Milli Şərəf” diplomu ilə təltif edilməsi münasibəti ilə təbrik edilib.
Sonra, institutun elmi katibi, geologiya üzrə fəlsəfə doktoru Yeganə Lətifova Elmi şuranın və ümumrespublika elmi seminarlarının illik iş planı haqqında məlumat verib. Həmçinin, 2018-ci ildə institutun yaranmasının 80 ilinin tamam olacağını xatırladan D.Hüseynov yubileylə əlaqədar nəzərdə tutulan tədbirlərə hazırlıq işləri barədə danışıb.
Toplantıda icrası başa çatmış “Cənubi Xəzər çökəkliyi yataqlarının geoloji-geofiziki para-metrləri və neft-qaz ehtiyatlarının paylanma xüsusiyyətlərinin kompleks analizi” elmi-tədqiqat işinin yekunu, “Azərbaycan ərazisinin dərinlik quruluşu və paleomaqnetizmi” və “Məsamə-lay yeraltı suların istismar ehtiyatlarının ətraf mühitin məhduduy-yətlərini nəzərə almaqla qiymətləndirilməsi metodikasının işlənib hazırlanması (Quba-Xaçmaz dağətəyi düzənliyi timsalında) adlı tədqiqat işlərinin gedişatı müzakirə olunub.
İclas struktur və kadr məsələlərinin müzakirəsi ilə yekunlaşıb.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com