
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
19 Apr 2017
Diqər xəbərlər
NAXÇIVANDA APARILMIŞ TƏDQİQATLAR HAQQINDA
19 aprel 2017-ci il
Naxçıvan ərazisi yura və paleosen dövrləri ərzində mərhələ-mərhələ saat əqrəbinin istiqamətində 30-40 dərəcə, eosen dövründə isə əks istiqamətdə 20-25 dərəcə dönüb. Bu, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticəsində məlum olub. Geomaqnetizm şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Mənijə İsayevanın rəhbərliyi ilə qeyd olunan ərazilərdə 2015-ci ildən indiyə qədər yura, paleosen və eosen yaşlı çöküntülərdə paleomaqnit tədqiqatları aparılıb.
Digər tədqiqatların nəticələrinin analizi göstərir ki, Böyük Qafqazın cənub-şərq hissəsində yer qatının qərbdən şərqə doğru horizontal hərəkətləri şimala doğru daha sürətlə artır. Hərəkətlərin dönmələri isə azalır. Bu proseslər Böyük Qafqaza məxsus olan gərginliyin maksimal qiyməti və geodinamik aktivliyi ilə əlaqəlidir.
M.İsayeva bildirir ki, alınmış paleomaqnit nəticələr tədqiqat obyekti olan regionlarda Yerin maqnit sahəsinin xarakteri haqqında məlumatlar verir. Bu məlumatlar Naxçıvan ərazisinin və Böyük Qafqazın cənub-şərq hissəsinin yura, paleosen və eosen dövrlərini əhatə edən ümumi paleomaqnit şkalasının qurulmasına imkan yaradır.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com