Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Sep 2018 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-DƏ MÜLKİ MÜDAFİƏ QÜVVƏLƏRİNİN XƏBƏRDARLIQ VƏ TOPLANIŞ MƏŞQİ KEÇİRİLİB


27 sentyabr 2018-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.

Məşqi İnstitutun Ümumi işlər üzrə direktor müavini Samir Məmmədov açıaraq tədbirin 2018-ci tədris ili üçün mülki müdafiə tədbirləri planına əsasən təşkil olunduğunu, məşqin keçirilməsində məqsədin xəbərdarlıq sistemi vəziyyətinin yoxlanılması və MM qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanmasından ibarət olduğunu qeyd edib.

Tədbirdə İnstitutun Mülkü Müdaifə Qərargahının rəisi Oqtay Fərzəliyevin verdiyi məlumata görə, hazırlıq mərhələsində məşqin təşkili və keçirilməsi haqqında obyekt rəhbərinin əmri verilib, tədbirin keçirilmə planı tərtib olunub, MM qüvvələri şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilib, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilib, məşqin keçirilməsi ilə bağlı digər təşkilati tədbirlər görülüb.

Oqtay Fərzəliyev əməkdaşlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimai diqqətin fövqəladə hal probleminə cəlb edilməsi, eləcə də bu cür hadisələrdə özünüidarə, başqalarına isə yardım etməyin vacibliyini diqqətə çatdırıb. Qərargah rəisi ötən illərdə baş vermiş təbii və texnogen fəlakətləri və bu hadisələrdə insan itkisini, zərər çəkənləri də iştirakçılara xatırladıb.

Sonda zəlzələ, yanğın, torpaq sürüşməsi və başqa fövqəladə hallar zamanı riayət olunmalı təhlükəsizlik qaydalarını özündə əks etdirən videoçarxlar nümayiş olunub.






AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru