Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Oct 2018 Diqər xəbərlər Diqər xəbərlər

GƏNCLƏRİN ELMİ SEMİNARINDA DOKTORANTLARIN MƏRUZƏLƏRİ DİNLƏNİLİB


08 oktyabr 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində rəhbərlik tərəfindən təsdiq olunmuş illik plana uyğun olaraq növbəti elmi seminar keçirilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyi ilə baş tutan ənənəvi seminarda İnstitutun Mineralogiya və geokimya sektorunun mühəndisi, III kurs doktorantı Kənan Abbasovun və Müasir geodinamika və kosmik geodeziya şöbəsinin elmi işçisi, III kurs doktorantı Günel Sadıqovanın dissertasiya mövzuları ilə bağlı apardıqları elmi-tədqiqat işlərinin yeni nəticələri müzakirə olunub.

Məruzəçi Kənan Abbasovun mövzusu “Üst yura-alt təbaşir yaşlı Gədəbəy qrupu intruzivlərinin petroloji xüsusiyyətlərinin öyrənilməsində Fe-Ti oksidi minerallarının rolu”na, Günel Sadıqovanın tədqiqat mövzusu “Xəzər dənizinin qərb sahili boyu Yer qabığının dərinlik quruluşu və müasir geodinamik xarakteristikası”na həsr olunub.

Hər iki gənc tədqiqatçı araşdırmaların akatuallığı, tədqiqatların əsas məsələlərilə bağlı müzakirələr və alınan yeni elmi nəticələr haqqında seminar üzvlərini məlumatlandırıblar. Məruzəçilər seminarın sonunda tədqiqatlarla əlaqəli sualları ətraflı cavablandırıblar.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru