
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
28 Aug 2019
Diqər xəbərlər
“ELMIİN CAZİBƏSİ” ADLI KİTAB NƏŞR OLUNUB
28 avqust 2019-cu il
Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri yazıçı-jurnalist Şirməmməd Nəzərlinin “Elmin cazibəsi” kitabı AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxıb.
Kitab Yer Elmləri Bölməsi alimlərinin nailiyyətləri ilə bağlı müsahibə və elmi məqalələrdən, həmçinin tarix boyu elmin məfhumlarda və əməli işdə mövcudluğu barədə yazılardan ibarətdir.
Elmin populyarlaşdırılması məqsədilə hazırlanmış, elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr “Müsahibələr”, “Məqalələr”, “Tarixdə elm sözü və elmin özü” fəsillərindən ibarətdir.
Birinci və ikinci fəsillərdə yer almış materialların hamısı son bir-iki il ərzində ölkə mətbuatında dərc edilmiş yazılardır.
Üçüncü fəsil müsəlman Şərqində alimlərin elmi nailiyyətlərinə, elm haqqında deyilmiş müdrik sözlərə və məşhurların bilik barədə söylədikləri kəlamlara həsr edilib.
Kitabın redaktoru geologiya-mineralogiya elmləri doktoru Novruz Novruzov, “Ön söz”ünün müəllifi və rəyçisi akademik Fəxrəddin Qədirovdur.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru