Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Jun 2014 Diqər xəbərlər Diqər xəbərlər

Elan


30 noyabr 2016-cı il saat 1430-da AMEA Geologiya və Geofizika İnstitutunun nəzdindəki D.01.081 Dissertasiya şurasının iclasında “Binagadi-Oil Company” şirkətinin direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz mühəndisliyi” kafedrasının dissertantı İqor İvanoviç Kirdodanın 2525.01 – «Neft və qaz yataqlarının işlənməsi və istismarı» ixtisasında texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Методологические основы принятия решений по регулированию процессов добычи высоковязких нефтей” (“Yüksək özülülüklü neftlərin çıxarılması prosesinin tənzimlənməsi üzrə qərarların qəbulunun metodoloji əsasları”) mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


28 noyabr 2016-cı il saat 1430-da AMEA Geologiya və Geofizika İnstitutunun nəzdindəki D.01.081 Dissertasiya şurasında SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mühəndisi Əliəddin Salman oğlu Həsənovun 2507.01 – «Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları» ixtisasında yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Aşağı Kür çökəkliyinin şimal-şərq bortunda yüksəkdəqiqlikli qravimetrik kəşfiyyat üsulu ilə neftli-qazlı tələlərin proqnozlaşdırılması» mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


24 oktyabr 2016-cı il saat 1430-da
AMEA Geologiya və Geofizika İnstitutunun nəzdindəki D.01.081 Dissertasiya şurasının iclasında «Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya» Elmi Tədqiqat İnstitutunun doktorantı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Qaz-neft-mədən” fakültəsinin tyütoru Fidan Babəli qızı İsmayılovanın 2525.01
«Neft və qaz yataqlarının işlənməsi və istismarı» ixtisasında texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «“Quyu-yığım” sistemində qaz-maye qarışığının hərəkəti zamanı optimal və etibarlı iş rejimlərinin diaqnostikası»
 mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


27 oktyabr 2016-cı il saat 1430-da AMEA Geologiya və Geofizika İnstitutunun nəzdindəki D.01.081 Dissertasiya şurasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geotermiya” şöbəsinin elmi işçisi Aygün Vahid qızı Məmmədovanın 2507.01 «Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları» ixtisasında yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Abşeron yarımadasının pliosen süxur kompleksinin geotermal enerji potensialı» 
mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.