Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Nov 2025 İclaslar İclaslar

GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA REALLAŞIB

ETN Geologiya və Geofizika İnstitutunda (GGİ) gənclər üçün növbəti lektoriya keçirilib.


Tədbiri giriş sözü ilə açan GGİ-nin direktoru akademik Akif Əlizadə institutun gənc alimləri üçün davamlı çəkildə müxtəlif mövzularda keçirilən lektoriyaların əhəmiyyətini nəzərə çatdırıb və bu tədbirlərin faydasını vurğulayıb. Sonra “Yeraltı suların tədqiqinin müasir vəziyyəti və perspektivləri” mövzusunda təqdimat üçün sözü coğrafiya elmləri doktoru, professor Fərda İmanova verib.


F.İmanov təqdimata  yeraltı suların öyrənilməsi tarixindən başlayaraq bildirib ki, elmi hidrogeologiyanın əsasını XVII əsrdə fransalı Perro qoyub. Bu termin elmi ədəbiyyata XIX əsrdə fransalı Lamar tərəfindən daxil edilib. Amma ilk dəfə yeraltı suların basqılı olması haqqında mülahizə irəli sürən 1001-ci ildə Əl-Biruni olub.


Alim sonra yeraltı suların formalaşmasına təsir göstərən əsas təbii amillərdən, hidrodinamik zonalardan, yeraltı su ehtiyatları (Yer kürəsi üzrə) və onlardan istifadə barədə, həmçinin Yeraltı su ehtiyatlarından istifadə haqqında ətraflı məlumat verib.


Yeraltı suların istismar ehtiyatları və proqnozlaşdırılan istismar ehtiyatlarını qiymətləndirmə metodu, yerüstü və yeraltı axımın qarşılıqlı əlaqəsi ətrafında alimin izahı maraqla qarşılanıb. Azərbaycanda yeraltı su resurslarının qiymətləndirilməsi ilə faktlar sadalanıb - keçmiş SSRİ-də yeraltı su resursları XX əsrin ortalarında qiymərlidirilməyə başlanılıb.


F.İmanov Yeraltı su ehtiyatlarının Azərbaycan üzrə mövcud göstəricilərini də diqqətə çatdırıb və içməyə yararlı və az minerallaşmış yeraltı suların ehtiyatlarının modulu xəritəsini nümayış etdirib.


Alim transsərhəd yeraltı su obyektləri və yeni texnologiyalar haqqında maraqlı faktlarla təqdimatını yekunlaşdırdıqdan sonra tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.


Akademik Akif Əlizadə GGİ alimləri, xüsusən gənclər adından professor Fərda İmanova təşəkkür edib. 

GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
next
next