Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 Nov 2025 Mühüm hadisələr Mühüm hadisələr

AZƏRBAYCAN MİLLI ELMLƏR AKADEMİYASININ 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB

Noyabrin 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.


Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşüb.


Sonra Prezident İlham Əliyev tədbirdə çıxış edib.

 

 Prezident İlham Əliyevin çıxışı

 

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Hörmətli alimlər.


Mən sizi Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.


Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.

 

Çıxışın ardı: https://science.gov.az/az/news/open/33893

AZƏRBAYCAN MİLLI ELMLƏR AKADEMİYASININ 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB
AZƏRBAYCAN MİLLI ELMLƏR AKADEMİYASININ 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB
next
next