
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
27 Dec 2019
Diqər xəbərlər
GGİ-nin GƏNC ƏMƏKDAŞI XARKOV ŞƏHƏRİNDƏ MAGİSTR TƏHSİLİNİ BAŞA VURUB
25 dekabr 2019-cu il
Geologiya və Geofizika İnstitutunun (GGİ) «Seysmologiya və seysmik təhlükə” şöbəsinin əməkdaşı mühəndis İmran Muradi Jukovski adına Ukrayna Milli Aerokosmik Universiteti nəzdində Xarkov Aviasiya İnstitutunun “Yer Elmləri. Yerin kosmik monitorinqi” ixtisası üzrə magistraturada təhsilini carı ilin dekabr ayında başa vurub.
İ.Muradinin diplom işi Abşeron yarımadasının müxtəlif seysmik təhlükələrin öyrənilməsi üsullarını tətbiq etməklə ərazinin seysmik şəraitini qiymətləndirilməsindən, əvvəlki illərdə kompleks ölçmə məlumatların analizi əsasında gərginlik şəraitinin təhlilindən və yerin kosmik monitorinqi metodları vasitəsilə ərazinin deformasiya vəziyyətinin qiymətləndirilməsindən ibarətdir. Diplom işinə Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və seysmik təhlükə” şöbəsinin rəhbəri yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev və Xarkov Aviasiya İnstitutunun “Geoinformasiya texnologiyaları və yerin kosmik monitorinqi” kafedrasının dosenti, texniki elmlər doktoru, professor Olga Butenko rəhbərlik etmişdir.
Magistr-tələbə diplom işində qarşıya qoyulan məqsədlərə əsasən nail olmuşdur. Əldə edilən nəticələrdən biri zəlzələlərin qruplaşmasına əsasən seysmik proseslərin stasionarlığının tədqiqatı məqsədilə zəlzələlərin miqdar qrafiklərinin tərtibidir. Tərtib edilən zəlzələlərin enerji siniflərin (K) qrafiklərınə əsasən tədqiqat ərazinin seysmik rejiminin 1960-cı ildən dəyişməsi müşahidə olunmşudur. Qruntun maksimal təcili vahidlərində Abşeron yarımadası üçün tərtib edilmiş üçölçülü modelin təhlili əsasında tədqiqat ərazisində 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş zəlzələnin makroseysmik parametrlərini nəzərə alaraq hesablanan qrunt rəqslərinin maksimal təcili qiymətləri Abşeron yarımadası zonasında 0.05 g (0.5 m/s2) - 0.5 g (5 m/s2) arasında dəyişilməsi təyin olunmuşdur.
Gənc alimin çıxışı Xarkov Aviasiya İnstitutunun komissiya üzvləri tərəfindən böyük maraqla dinlənilmiş və nəticələr əhəmiyyətli hesab edilmişdir.
