Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Dec 2019 Diqər xəbərlər Diqər xəbərlər

ELMLƏR DOKTORU VƏ FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ KOMİSSİYANIN İCLASI KEÇİRİLİB


29 dekabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunda (GGİ) elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertantura və fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olunmaq istəyən iddiaçıların sənədləri ilə tanışlıqla bağlı qəbul komissiyasının iclası keçirilib.

Qəbul komissiyası institutun direktoru akademik Akif Əlizadənin sədrliyi ilə yaradılıb. Komissiyanın tərkibinə institutun direktor müavini, elmi katibi, akademik, müxbir üzv və pofessorlar cəlb olunub.

İclasda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbulla əlaqədar şəxslərin sənədlərinə, təqdim edilən elmi materiallara baxılıb. İddiaçıların qəbul imtahanlarına buraxılmağı müzakirə edilib, həmçinin elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulla əlaqədar dissertasiya işləri ilə bağlı material və təqdimatlar təqdim olunub.

Komissiya elmlər doktoru hazırlığı üzrə təqdim olunmuş mövzuların müzakirəsinə xüsusi diqqət ayırıb. Elmlər doktorluğuna dissertanturaya 4 ixtisas üzrə 4 iddiaçı sənəd vermiş və təklif olunan mövzuya aid təqdimat hazırlanmışdır.













GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru