
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Jan 2020
Diqər xəbərlər
AZƏRBAYCANIN PALÇIQ VULKANLARINDA QEYRİ-ADİ MİNERALLAR AŞKARLANIB
14 yanvar 2020-ci il
AMEA Geologiya və Geofizika İnstitutu və Ukrayna alimlərinin apardıqları birgə tədqiqatlar nəticəsində Azərbaycandakı palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi minerallar və onların nadir növlərinin olduğu müəyyən edilib.
Bununla bağlı Geologiya və Geofizika İnstitutu Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev bildirib ki, “Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasının aksessor minerallaşması” layihəsi çərçivəsində geniş araşdırmalar aparılıb. Tədqiqatlar Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası, Geoekologiyası və Çökmə Filizəmələgəlməsi Problemləri Mərkəzinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
Tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineraloji tərkib – təbii əmələ gəlmiş mineralların, qeyri-səciyyəvi sulfatların, oksidlərin, təbii dəmir (vüstit, hematit) minerallarının, eləcə də nadir növlərin varlığı müəyyən edilib. Bu isə həmin mineralların dərin flüidlərin təsiri nəticəsində əmələ gəldiyini müəyyən etməyə imkan verir.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru