Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
22 Jan 2020
Diqər xəbərlər
“GEOTEKTONİKA VƏ REGİONAL GEOLOGİYA” ŞÖBƏSİ YENİ ELMİ-TƏDQİQAT İŞİ İCRA EDƏCƏK
22 yanvar 2020-ci il
Cari ildən başlayaraq 5 il ərzində Geologiya və Geofizika İnstitutunun (GGİ) “Geotektonika və regional geologiya” şöbəsi “Şərqi Qafqaz və yanaşı Xəzər akvatoriyası struktur-maddi komplekslərinin dərinlik tektonikası və geodinamik təkamülü modelləri” mövzusunda ətraflı elmi-tədqiqat işini həyata keçirməyi nəzərdə tutur.
Mövzu çərçivəsində ilkin olaraq regionda inkişaf tapmış müxtəlif yaşlı struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri, dərinlik və yarılma tektonikası modellərinin işlənib hazırlanması nəzərdə tutulur. Elmi-tədqiqat işinin ikinci mərhələsində əldə edilmiş nəticələrin və paleomaqnit məlumatların birgə emalı əsasında regionu təşkil edən tektonik blokların Fanerozoyda üfüqi hərəkətlərinin geosistem əsaslı rekonstruksiyası (palinspastik modelləşdirilməsi) həyata keçiriləcək.
İşi GGİ-nin “Seysmostratiqrafiya”, “Seysmologiya və seysmik təhlükə”, “Müasir geodinamika və kosmik geodeziya”, “Petrologiya”, “Eksperimental petrofizika” şöbələri, həmçinin AMEA Neft və Qaz İnstitutunun “Böyük dərinliklər geofizikası” şöbəsi, Respublika Seysmoloji Xidmət Mərkəzi və ETSN Milli Geoloji Xidmətinin Kompleks Geoloji-Planalma İdarəsinin mütəxəssisləri həyata keçirəcəklər.
Elmi-tədqiqat işinin praktiki əhəmiyyətini geosistem əsaslı modellərə regional və qlobal geotektonikanın nəzəri və tətbiqi problemlərinin həlli və ətraf mühitin idarə olunması üçün bu cür geosistem əsaslı modellərə ehtiyacın mövcudluğu müəyyən edir.
Əldə ediləcək nəticələr müxtəlif istiqamətli geoloji elmi tədqiqatlar, geoloji planalma və geoloji kəşfiyyat işlərində, orta və uzunmüddətli perspektivdə filiz və karbohidrogen ehtiyatlarının artırılmasına yönəlmiş geoloji kəşfiyyat işlərinin əsaslandırılmasında, eləcə də ali tədris ocaqlarının və doktoranturaların tədris proqramlarında istifadə edilə bilər.
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru