
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
24 Jan 2020
Diqər xəbərlər
ELMİ SEMİNARDA YERİN VƏ ONUN STRUKTUR ELEMENTLƏRİNƏ YENİ BAXIŞ NÜMAYİŞ ETDİRİLİB
24 yanvar 2020-ci il
Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində ümumrespublika Elmi seminarı keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA Yer elmləri bölməsinə daxil olan strukturların rəhbərləri, media nümayəndələri, universitet müəllimləri, GGİ-nin alim kollektivi iştirak etib.
Geologiya və Geofizika İn stitutunun direktoru akademik Akif Əlizadə Elmi şura iştirakçılarını gündəliklə tanış edib və bildirib ki, gündəlikdəki məsələ yerin və onun struktur elementlərinin tektono-dinamik təkamülünün qeyri-xətti geomexanikasının elmi əsasları mövzusundadır. Məruzəçilər AMEA-nın müxbir üzvü akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü, İstanbul Yildiz Texniki Universitetinin professoru Surxay Əkbərovdur.
Məruzəçi alimlər Yer kürəsinin məxsusi rəqslərini hesablanması üçün uyğun nəzəri modellərin verilməsi və bunların riyazi qoyuluşunun həllində əldə edilən nəticələrin izahını səriştə ilə izah ediblər. Həmçinin bildirilib ki, alınmış nəticələr müxtəlif nüfuzlu jurnallarda çap olunmuş, konfrans, simpozium və seminarlarda məruzə edilmişdir. Araşdırmaların nəticələri isə neft və qaz yataqlarının kəşfində, istismara hazırlanmasına yönəlmişdir.
Sonra çoxsaylı suallar cavablandırılıb və məruzə ətrafında çıxışlar olub.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru