Ana Səhifə / Xəbərlər

Xəbərlər

07 Feb 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ELMİ ŞURASININ İCLASINDA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB


 7 fevral 2020-ci il

GGİ-nin növbəti Elmi şurasını bu müəssisənin direktoru akademik Akif Əlizadə giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Sonra İnstitutun elmi katibi g.-m.e.n. Yeganə Lətifova “Elmi şuranın və Ümumrespublika elmi seminarlarının iş planı” mövzusunda məruzə edib.

ETİ proqramlarının müzakirəsində “Avrasiya və Ərəbistan plitəsi konvergensiya zonasının Qara dəniz – Xəzər seqmentinin flüid dinamikası” (2020–2024) (akademik Ə.Ə.Feyzullayev, AMEA-nın müxbir üzvü D.A.Hüseynov), “Qafqaz və ona yanaşı Qara dənizin və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərinin geoinformasiya sistemi” (2020–2022) (AMEA-nın müxbir üzvü D.A.Hüseynov, akademik Ə.Ə.Feyzullayev), “Azərbaycanın geoloji elminin inkişaf tarixi” (2020–2025) (akademik Ak.A.Əlizadə, g.-m.e.d., prof. Ad.A.Əliyev), “1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi” (2020–2022) (akademik Ak.A.Əlizadə, g.-m.e.d., prof. Ad.A.Əliyev), “Xəzər dənizi səviyyəsinin dəyişməsi ilə əlaqədar delta sistemlərinin təkamülünün riyazi modelləri (Kür çayı deltasının timsalında)” (2020–2024) (AMEA-nın müxbir üzvü E.H.-M.Əliyeva, akademik R.M.Məmmədov), “Müasir Kür çayı deltasının formalaşması və dəyişməsinə təsir edən amillərin qiymətləndirilməsi” (2020–2022) (AMEA-nın müxbir üzvü E.H.-M.Əliyeva, академик Р.М.Мəmmədov),“Böyük Qafqazın cənub yamacının filizləşmə zonalarında nadir və nadir torpaq elementlərin geokimyası və perspektivliyinin qiymətləndirilməsi” (2020–2024) (g.-m.e.d. Ç.M.Qaşqay) (Strateji yol xəritəsinin icrası çərçivəsində), “Duruca struktur-formasiya zonasında nadir və nadir torpaq elementlərinin potensialının geokimyəvi qiymətləndirilməsi” (2020–2022) (g.-m.e.d. Ç.M.Qaşqay) mövzuları müzakirə olunaraq təsdiq edilib.

Elmi şurada həmçinin “Elmi kadrlar” Milli informasiya sisteminin təşkilində Geologiya və Geofizika İnstitutunun iştirakı haqqında izahat verilib.

Daha sonra cənc alim və tələbələrin “Geologiya və geofizikada innovasiyalar” adlı VIII ənənəvi beynəlxalq elmi konfransın keçirilməsi və tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunmuş “Gələcəyə addım” Ümumrespublika olimpiadasının keçirilməsi haqqında g.-m.f.d. Orxan Abbasovun məlumatı dinlənilib.

Tədbirin sonunda müxtəlif cari məsələlər müzakirə edilib.











GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru