
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
29 Mar 2013
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN ALİMLƏRİ DAHA BİR BEYNƏLXALQ CƏMİYYƏTƏ ÜZV OLACAQLAR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan Avropa Yer Elmləri Cəmiyyətinin illik Ümumi İclasında iştirak edəcəklər. Aprelin 7-dən 12-nə qədər keçiriləcək tədbirdə institutun şöbə müdiri, geologiya-mineralogiya elmlər doktoru Tələt Kəngərli və gənc elmi işçi Fuad Əliyevin çıxışı nəzərdə tutulur. Əllidən çox ölkənin qatılacağı toplantıda 10 mindən çox alimin iştirakı gözlənilir. İclasda yer elmlərini əhatə edən 20-dən çox bölmədə məruzələr dinləniləcəkdir. Geologiya İnstitutunun alimlərinin məruzələri tektonika və struktur geologiya bölməsində təqdim ediləcəkdir. “Böyük Qafqazın Azərbaycan hissəsinin akkresiya prizmasının tektonik təbəqələnməsi və seysmikliyi” adlı məruzə Geologiya İnstitutunun müvafiq istiqamətdə aparmış olduğu tədqiqatların nəticələrini əhatə edəcək.
Tədbir çərçivəsində Geologiya İnstitutunun adı çəkilən alimlərinin beynəlxalq cəmiyyətə üzv olması da nəzərdə tutulur.