
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
12 Feb 2020
Diqər xəbərlər
DİSSERTASİYA ŞURALARI NƏZDİNDƏ ELMİ SEMİNARIN TƏŞKİLİNİN YENİ QAYDASINA UYĞUN İLK MÜDAFİƏ REALLAŞIB
12 fevral 2020-ci il
GGİ-də Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiya şuraları nəzdində elmi seminarın təşkili qaydası”na uyğun olaraq ilk dissertasiya işinin müdafiəsi keçirilib.
Tədbiri elmi şuranın sədri GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov giriş sözü ilə açaraq dissertasiya şuraları nəzdində elmi seminarın təşkili qaydasına edilmiş yeniliklər barədə məlumat verib. Bildirilib ki, yeni qaydaya uyğun olaraq elmi seminarın iclası elmi seminarın beş üzvü iştirak etdikdə belə səlahiyyətli sayılır. Elmi seminarda müzakirə zamanı fəlsəfə doktoru dissertasiyası üzrə iki rəyçi təyin edilir. İddiaçı və elmi seminar üzvü olmayan digər iştirakçılar iclas zalını tərk etməli, sonra elmi seminar üzvləri dissertasiyaya dair yekun müzakirəni qapalı aparmalıdırlar. Səsvermə isə gizli şəraitdə keçməlidir.
Sonra iddiaçı – GGİ-nin dissertantı, AZLAB MMC Kəşfiyyat və Tədqiqat Mərkəzinin mühəndisi Leyla Şıxova “Fasial analiz və kollektorların modelləri əsasında Abşeron arxipelaqının qərb hissəsinin üst miosen-alt pliosen çöküntülərinin neftqazlılığının proqnozlaşdırılması” mövzusunda dissertasiya işinin xülasəsi ilə iştirkçıları tanış edib.
Dessertasiya işində neft yataqlarının kəşfiyyatı və istismarı texnologiyasinin səmərəliliyinin artırılması məqsədilə Abşeron arxipelaqı yataqlarının timsalında mürəkkəb quruluşlu neft-qaz yataqlarının geoloji-geofiziki xüsusiyyətlərinin dəqiq öyrənilməsinin nəticələri göstərilib. Geokimyəvi, litoloji-mineroloji, mikrofaunistik tədqiqatların və süxurların struktur-tekstur xassələrinin təhlili əsasında Miosen çöküntülərinin sedimentasiya paleoşəraitləri müəyyən edilib, habelə onların litoloji tərkibinə və kollektorluq xüsusiyyətlərinə aid məlumatlar dəqiqləşdirilib. Dissertasiya işində yüzdən çox qrafik cədvəldən istifadə etdiyi aydınlaşıb.
Rəyçilər - g.m.e.d. Tofiq Bağarov və g.- m.e.f.doktoru, dosent Orxan Abbasov dissertasiya işi barədə çıxış edərək irad və təkliflərini bildiriblər.
Bundan sonra iddiaçı elmi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb və rəyçilərin mülahizələrinə münasibətini bildirib.
Gizli səsvermədən sonra elmi seminar nəticələrə əsaslanaraq qərara alıb ki, Leyla Şıxovanın “Fasial analiz və kollektorların modelləri əsasında Abşeron arxipelaqının qərb hissəsinin üst miosen-alt pliosen çöküntülərinin neftqazlılığının proqnozlaşdırılması” mövzusunda dissertasiya işi müdafiə üçün ixtisaslaşdırılmış elmi şuraya təqdim edilsin.




GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru