Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Feb 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də “YER FİZİKASI” SEKSİYASININ SEMİNARI


14 fevral 2020-ci il

“Yer fizikası” seksiyanın seminarını seksiyanın sədri AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşı g.-m.e.n., dosent Səbinə Kazımovanın və AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin müəllif olduqları “Ps mübadilə dalğalarının qəbuledici funksiyaları metodu əsasında Moho sərhədinin dərinliyinin qiymətləndirilməsi (Оценка глубины поверхности Мохо по методу приемных функций обменных PS-волн)” mövzusunda məruzəsinin “Yer fizikası” seksiyasının seminarında ilkin müzakirəsi keçirilib.

Mövzu üzrə məruzə edən S.Kaszımova dinlənildikdən və fikir mübadiləsindən sonra çoxsaylı suallar cavablandırılıb.

Daha sonra mövzu ətrafında çıxışlar olub.

Sonda “Ps mübadilə dalğalarının qəbuledici funksiyaları metodu əsasında Moho sərhədinin dərinliyinin qiymətləndirilməsi (Оценка глубины поверхности Мохо по методу приемных функций обменных PS-волн)” adlı məruzə Yer elmləri sahəsində Ümumrespublika elmi seminarına tövsiyə edilib. 







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru