
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
20 Feb 2020
Diqər xəbərlər
BDU-nun TƏLƏBƏLƏRİ GGİ-də İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİRLƏR
20 fevral 2020-ci il
Bakı Dövlət Universitetinin (BDU) "Mexanika" ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) istehsalat təcrübəsinə başlayıblar.Tələbələr martın 31-dək İnstitutun “Tektonofizika və geomexanika”şöbəsində istehsalat təcrübəsi keçəcək, elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş pinsipi ilə tanış olacaqlar.
Təcrübəçi tələbələr və onların rəhbəri - BDU-nun müəllimi Ruqiyə Hüseynova GGİ “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri akademik Hətəm Quliyev ilə görüşüblər. Akademik H.Quliyev hazırda elm aləmində baş verən mühüm yeniliklər barədə danışıb, tələbələrə dəyərli tövsiyələr verib. Həmçinin bildirib ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi, onlarda elmi tədqiqat işlərini sərbəst şəkildə yerinə yetirmək vərdişlərinin formalaşdırılması məqsədi daşıyır. Ali təhsil müəssisələrində təhsil alan tələbələrin elmi-tədqiqat institutlarında elmi-istehsalat təcrübələrinin keçmələri elm və təhsilin inteqrasiyası sahəsində əməkdaşlığın genişləndirilməsində və yüksək ixtisaslı kadrların hazırlanmasında çox vacib addımdır.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru