
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
19 Feb 2020
Diqər xəbərlər
GGİ MÜTƏXƏSSİSİ İSTANBUL UNİVERSİTETİNİN ELMİ MÜŞAVİRƏSİNDƏ İŞTİRAK EDİB
19 fevral 2020-ci il
Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və Geomaqnitizm şöbəsi rəhbərinin vəzifəsini icra edən,y.e.ü.e.d., dosent Qulam Babayev gələcək birgə elmi tədqiqatların aparılması məqsədilə İstanbul şəhərindəki Cərrahpaşa Universitetinin “Mühəndislik” fakultəsinin “Geofizika Mühəndisliyi” şöbəsində keçirilən müşavirədə iştirak edib.
Q.Babayev müşavirədə “Azərbaycanda seysmik təhlükə və paleoseysmologiyanın öyrənilmə perspektivləri“ mövzusunda elmi məruzə ilə çıxış edib. O, Azərbaycan və Xəzər regionunda aparılan tədqiqatlar , tətbiq edilən metodlar və bu sahədəki beynəlxalq əməkdaşlıq haqqında müfəssəl məlumat verib. Həmçinin Azərbaycan ərazisində paleozəlzələlərin öyrənilməsinin aktual problem olduğunu vurğulayıb və enerji koridorlarının təhlükəsizliyi uçun əhəmiyyət daşıdığını qeyd edib.
Q.Babyevin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə eləcə də Geologiya və Geofizika İnstitutu ilə Cərrahpaşa Universiteti arasında qarşılıqlı əməkdaşlıq məsələləri, o cümlədən, paleoseysmologiya və dünyada son zamanlar geniş istifadə olunan spektral seysmologiya, seysmik təhlükənin qiymətləndirilməsi istiqamətində birlikdə aparılacaq tədqiqat işləri və imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində həmçinin Ankaranın Zəlzələ Tədqiqatları Mərkəzində görüşlər təşkil edilib. Burada paleoseysmoloji tədqiqtların aparılması imkanları müzakirə edilib.
Görüşlərdən əsas məqsəd Azərbaycanda paleoseysmoloji tədqiqatların aparılma perspektivlərinin müzakirəsi olub. Nəticədə qərara alınıb ki, Türkiyə alimlərinin təcrübəsindən, onların tətbiq etdikləri üsullardan mütəmadi olaraq Azərbaycanda da istifadə olunsun.
Sonda Cərrahpaşa Universitetinin “Mühəndislik” fakultəsinin “Geofizika Mühəndisliyi” və Ankaranın Zəlzələ Tədqiqatları Mərkəzi ilə birlikdə Azərbaycanda paleoseysmoloji tədqiqatların aparılması razılaşdırılıb və tərəflər arasında niyyət protokolunun haırlanması qərara alınıb.
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru