
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
27 Feb 2020
Diqər xəbərlər
GGİ-də “YER FİZİKASI” SEKSİYASININ SEMİNARI
27 fevral 2020-ci il
“Yer fizikası” seksiyanın seminarını seksiyanın sədri AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.
Sonra Mühəndis geofizikası” şöbəsinin böyük laborantı, Bakı Dövlət Universitetinin II kurs magistrantı Elnur Qasımovun “Bibiheybət braxiantiklinalının şərq qanadında baş vermiş sürüşmə hadisəsinin elektrik kəşfiyyatı üsulu ilə tədqiqi (Badamdar sahəsi)” mövzusunda dissertasiya işinin “Yer fizikası” seksiyasının seminarında müzakirəsi keçirilib.
Mövzu üzrə məruzə edən E.Qasımov dissertasiya işinin xülasəsi ilə iştirakçıları tanış edib. Bildirib ki, geofiziki tədqiqatlar Bakı şəhərinin qərb tərəfində yerləşən Batamdar qəsəbəsi ərazisində, Bibiheybət braxiantklinalının şərq yamacında baş vermiş sürüşmə sahəsinin tədqiq edilməsi və sürüşmə sahəsinin geoloji kəsilişin mühəndisi geofiziki şəraitin öyrənilməsi məqsədilə aparılıb. Elektrik kəşfiyyatının simmetrik şaquli elektrik zondlama üsulu ilə sürüşmə sahəsinin və sürüşmə ətrafında tədqiqatların aparılmasının ilk dəfə olduğunu nəzərə alaraq seçilmiş bir neçə müşahidə nöqtəsində təcrübi ölçmələr həyata keçirilib. Ərazidə aparılmış geofiziki tədqiqat işlərinin nəticəsində toplanmış məlumatlar sürüşmə prosesi baş vermiş ərazinin mühəndisi geofiziki şəraitinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bundan sonra E.Qasımov seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Daha sonra mövzu ətrafında çıxışlar olub. Seminarda t.e.f.d Rauf Muradov və y.e.d, dosent Qulam Babayev məruzə barədə çıxış edərək irad və təkliflərini bildiriblər.
Sonda qərara alınıb ki, “Bibiheybət braxiantiklinalının şərq qanadında baş vermiş sürüşmə hadisəsinin elektrik kəşfiyyatı üsulu ilə tədqiqi (Badamdar sahəsi)” mövzusunda dissertasiya işinin məruzəsi qəbul edilsin, irad və təkliflər nəzərə alınaraq müdafiəyə təqdim edilsin.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru