
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Jul 2022
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU “NEFT GEOKİMYASI” KİTABINI NƏŞR EDİB
07 iyul 2022-ci il
Geologiya və Geofizika İnstitutu “Neftin geokimyası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Qalina Martınovanın və İnstitutun “Elmi nəşrlərin redaksiya hazırlığı” şöbəsinin rəhbəri yer elmləri üzrə fəlsəfə doktoru Zəki Vəliyevin həmmüəllif olduqları “Neft geokimyası” kitabı “Nafta–Press” nəşriyyatında çap edilib.
Elmi redaktoru akademik İbrahim Quliyev olan elmi əsərdə mövcud geokimyəvi göstəricilərin sistemləşdirilməsi təqdim edilib. Geokimyəvi göstəricilər, neftin əsas təsnifat tipləri və xarakteristikası bir yerdə cəmləşdirilib,neftqazlılığın problemləri, neft və qaz axtarışlarının geokimyəvi metodları, həmçinin çökmə süxurda vahid neftqazəmələgəlmə tsiklində neftin generasiya prosesinin əsas fazaları işıqlandırılıb.
Kitabda həmçinin Yerin inkişaf tarixini ehtiva edən maraqlı məlumatlar, şəkil və diaqramlar da təqdim olunur.
“Neft geokimyası” kitabı neftin geologiyası və geokimyası problemləri məsələlərilə məşğul olan elmi işçilər, eləcə də bu sahədə ixtisaslaşan magistrantlar və doktorantlar üçün nəzərdə tutulub.
