
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Mar 2020
Diqər xəbərlər
GGİ-də KORONAVİRUSA QARŞI TƏDBİRLƏR DAVAM EDİR
13 mart 2020-ci il
Geologiya və Geofizika İnstitutunda (GGİ) bir sıra ölkələrdə aşkarlanmış koronavirus epidemiyasına qarşı (COVID-19) tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə GGİ-nin laboratoriya otaqlarında, konfrans zallarında, kitabxanada, bütün mərtəbələrin dəhlizlərində, tədris, həmçinin əməkdaşların fəaliyyət göstərdikləri otaqlarda, muzeydə dezinfeksiya işləri aparılıb.
İnstitutda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə davamlı olaraq işlər görülür. Belə ki, bir neçə gün əvvəl GGİ-nin Mülki Müdafiə Qərargahı bu məqsədlə xüsusi maarifləndirici tədbir keçirib. Bu elm müəssisəsinin informasiya monitorunda koronavirusla bağlı məlumatlar gündəlik olaraq yenilənir, yarana biləcək fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici informasiyalar yerləşdirilir.
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru