Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Apr 2020 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ MƏQALƏSİ NÜFUZLU BEYNƏLXALQ JURNALDA DƏRC OLUNUB


28 aprel 2020-ci il

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Yer Fizikası Bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən, Yer elmləri doktoru, dosent Qulam Babayevin şöbə əməkdaşları və italiyalı professor Luçiano Teleska ilə birlikdə hazırladığı məqalə “Springer” beynalxalq bazasına daxil olan “Pure and Applied Geophysics” jurnalında dərc edilib.

Böyük Qafqazın cənub yamacının seysmik təhlükəsinin təhlili” adlı məqalədə seysmik təhlükənin qiymətləndirilməsi məqsədilə kvazi-ehtimal və neo-deterministik nəzəriyyələri əsasında iki modifikasiya olunmuş üsuldan istifadə olunub. Həmçinin 1902-2018-ci illərdə baş vermiş zəlzələlərin makroseysmik parametrləri (məsələn, zaman-məkan üzrə paylanan zəlzələ vahidləri, aktivlik, ardıcıllıq) nəzərə alınmaqla, müasir riyazi-statistik və inteqrə deterministik üsulların tətbiqi vasitəsilə Böyük Qafqazın cənub yamacının müxtəlif əmsallarda seysmik ssenari modelləri qurulub.

Tədqiqat işində zəlzələlərin Zaqatala-Balakən, Şəki-Oğuz-Qəbələ və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarına təsiri qiymətləndirilib.
 




www.science,gov.az