
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
03 Jun 2020
Diqər xəbərlər
AKADEMİK İSA HƏBİBBƏYLİ: "AMEA İŞÇİLƏRİ ÜÇÜN NÖVBƏLİ İŞ REJİMİNİN TƏTBİQINƏ BAŞLANILIB"
3 iyun 2020-ci il
Bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, akademiyada əməkdaşların hamısının eyni gündə işə gəlməsi sosial məsafənin gözlənilməsi tələbini qorumağı çətinləşdirir. Bu səbəbdən yaşı 60-dan çox olan akademiya işçilərinin həftənin cüt günlərində – çərşənbə axşamı və cümə axşamları, qalan heyətin isə həftənin tək günlərində işə gəlməsi qərara alınıb: "Bu halda iş yerində sosial məsafəni qorumaq mümkün olacaq. Müdiriyyət zəruri hallarda tək günlərdə işə çıxan əməkdaşları həftənin cüt günlərində də işə dəvət edə bilər”.
İsa Həbibbəyli işçilərin xüsusi karantin rejimi dövründə, yəni iyunun 15-dək növbəli iş sistemində çalışacaqlarını söyləyib.
science.gov.az