
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
08 Jun 2020
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ SEYSMOLOGİYA SAHƏSİNDƏ BEYNƏLXALQ NÜFUZLU JURNALINDA DƏRC EDİLMİŞ NƏTİCƏLƏRİ İSTANBUL TEXNİKİ UNİVERSİTETİNDƏ GEOLOGİYA MÜHƏNDİSLİYİ KAFEDRASINDA ONLAYN SEMİNARINDA MÜZAKİRƏ EDİLİB
08 iyun 2020-ci il
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Yer Fizikası Bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən, Yer elmləri doktoru, dosent Qulam Babayevin şöbə əməkdaşları və İtaliyalı professor Luçiano Teleska ilə birlikdə “Pure and Applied Geophysics” jurnalında dərc edilmiş “Böyük Qafqazın cənub yamacının seysmik təhlükəsinin təhlili” adlı məqalə İstanbul Texniki Universitetinin (İTÜ) Geologiya Mühəndisliyi kafedrasında onlayn seminarında müzakirə edilib. Məqalə İstanbul Texniki Universitetinin (İTÜ) Geologiya Mühəndisliyi ixtisasında təhsil alan magistr Muhamməd Namazlı tərəfindən təqdim olunub.
Mövzu, İTÜ-nun Geologiya Mühəndisliyi kafedrasının müəllim-professor heyəti tərəfindən maraqla dinlənilmiş, məqalədə müasir yanaşmalara və üsullara əsaslanan hesablamalar, tərtib olumuş modellər və xəritələr tələbə və müəllim heyəti tərəfindən ətraflı şəkildə təhlil olunmuşdur və açıq müzakirə edilmişdir.
İTÜ-nun professor heyəti (Professor Nilgün Okay başla olmaqla) tədqiqat bölgənin seysmoaktiv baxımından aktual olması haqda bir neçə seysmik amillər irəli sürmüşdir. Məruzəçi qeyd etmişdir ki, məqalədə istifadə olunan müasir metodlar vasitəsilə müxtəlif seysmik əmsallarda daha dəqiq zəlzələ ssenarilərin qurulması ərazinin seysmik cəhətdən qiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir. Müzakirədə vurğulanmışdır ki, bölgədə son zamanlar zəlzələlərin baş verməsi, müasir deformasiya proseslərinin daimi öyrənilməsinin, tədqiqatların davamlı şəkildə aparılmasının zəruriyyəti hər zaman aktualdır. Bu, öz növbəsində Zaqatala-Balakən, Şəki-Oğuz-Qəbələ və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarında gələcəkdə gözlənilən zəlzələlərin mənfi təsirinin azaldımasına və göstərə biləcəyi təsirlərin qiymətləndirilməsinə xidmət edəcək.
Seminarın sonunda təklif olunmuşdur ki, bu istiqamətdə tədqiqatların birlikdə aparılması daha geniş və regional nəticələrə nail olmağa imkanını yaradacaq.
