Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Jun 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də “YER FİZİKASI” SEKSİYASININ ONLİNE İCLASINDA MAGİSTR DİSSERTASİYA İŞİNİN İLKİN MÜZAKİRƏSİ KEÇIRILIB


 10 iyun 2020-ci il

“Yer fizikası” seksiyanın iclasını seksiyanın sədr müavini y.e.d., dosent Qulam Babayev giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Sonra AMEA Geologiya və Geofizika İnstitutunun magistraturasına 2018-ci il 060604 - “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə qəbul olunmuş “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin böyük laborantı Xublar Fətəliyevanın “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövrülüyün təhlili (Şəki Qravitasiya stansiyası timsalında) mövzusunda dissertasiya işinin “Yer fizikası” seksiyasının iclasında ilkin müzakirəsi keçirilib.
Mövzu üzrə məruzə edən X.Fətəliyeva iştirakçıları “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövrülüyün təhlili (Şəki Qravitasiya stansiyası timsalında)” mövzusunda magistr dissertasiya işinin xülasəsi ilə tanış edib. Bildirib ki, tədqiqatdan məqsəd Şəki qravitasiya stansiyası məlumatlarından istifadə edərək Yerin qravitasiya sahəsinin qabarma variasiyalarının tədqiqi əsasında Böyük Qafqazın cənub yamacı üçün Yer qabığında baş verən şaquli deformasiyaların öyrənilməsidir.

Şəki ərazisində Yer qabığının şaquli qabarma deformasiyalarının öyrənilməsi yerüstü nivelirləmədə, yüksək dəqiqlikli qravimetrik işlərdə, neft-qaz və su borularının çəkilməsi kimi inşaat işlərində olduqca böyük təcrübi əhəmiyyətə malikdir. Təqdiqat rayonu ərazisində sutkalıq və yarımsutkalıq əsas qabarma dalğalarının O1, M2, S2, K1 təyin edilməsi, Şəki ərazisində Yer qabığının şaquli qabarma deformasiyalarının qiymətləndirilməsi, qabarma dalğalarının parametrlərinin təhlili nəticəsində qalıq qabarmaların əldə edilməsi əsaslandırılıb.

Məruzədən sonra X. Fətəliyeva “Yer fizikası” seksiyası üzvlərinin suallarını cavablandırıb.

Mövzu ətrafında çıxışlarında y.e.f.d., dosent Rafiq Səfərov və g.-m.e.d İbrahim Səfərov məruzə ilə bağlı irad və təkliflərini bildiriblər.

Sonda qərara alınıb ki, “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövrülüyün təhlili (Şəki Qravitasiya stansiyası timsalında)” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi 43 balla qiymətləndirilsin, irad və təkliflər nəzərə alınaraq müdafiəyə təqdim edilsin.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru