Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Jun 2020 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN DİREKTORU AKADEMİK AKİF ƏLİZADƏNİN ƏMRİ


AMEA Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin rəhbərlərinə ünvanladığı məktubuna əsaslanaraq “Covid – 19”-la bağlı daxili sanitar epidemioloji qaydalar haqqında” ƏMR imzalamışdır:

Koronavirus (“COVİD-19”) infeksiyası ilə yoluxma riski yüksək olduğu üçün, işçilər inzibati binaya maskasız buraxılmasın; tənəffüs yollarını qoruyan fərdi vəsatələrdən (tibbi maska, parça maska, respirator və s.) mütləq şəkildə istifadə edilsin;

1. İşçiləri termometriya etmək, hərarəti olanlar virus infeksiyasına şübhəli olduğundan onları işə buraxmamaq, müayinələrdən keçməsi üçün müvafiq tibb mərkəzlərinə göndərmək;

2. Yoluxmanın əllər vasitəsilə keçməsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlullardan (spirt və digər dezinfeksiyaedici məhlullar) istifadə etmək;

3. Yaxın məsafədən yoluxma ehtimalının yüksək olduğunu nəzərə alaraq, liftdən 2 nəfərdən artıq şəxsin istifadəsini məhdudlaşdırmaq;

4. Əl ilə görüşməmək;

5. Sanitar qovşaqları daimi olaraq sabunla, digər dezinfeksiyaedici maddələrlə, birdəfəlik salfetlərlə, əlləri qurutmaq üçün isti hava ventilyatorı ilə təmin etmək;

6. Dəhlizlərdə və iş otaqlarında sosial məsafəni (1.5-2 metr) gözləmək;

7. Binanın vaxtaşırı dezinfeksiya olunmasını təmin etmək;

8. Növbəli iş rejiminə keçmək;

9. İş otaqlarını hər gün havalandırmaq;

10. Təmizlik işləri aparılarkən əlcəkdən istifadə etmək, təmizlik işləri bitdikdən sonra əlləri və əlcəkləri dezinfeksiyaedici məhlullar ilə ( spirt, hidrogen peroksid) dezinfeksiya etmək.