
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
11 Jun 2020
Diqər xəbərlər
TƏHSİL NAZİRİ AKADEMİK AKİF ƏLİZADƏNİ MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB
11iyun 2020-ci il
Təhsil naziri Ceyhun Bayramov GGİ-nin direktoru akademik Akif Əlizadəni Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:” Hörmətli Akif müəllim!
Sizi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olan 15 İyun - Milli Qurtuluş Günü dövlətçilik ideallarının gerçəkləşdirilməsinə gedən yolumuzun başlanğıcıdır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Belə bir tarixi gündə dövlətimizin daha da möhkəmləndirilməsi naminə məsul və səmərəli fəaliyyətinizdə Sizə daha böyük nailiyyətlər diləyirəm.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayiram.
Hörmətlə,
Nazir Ceyhun Bayramov