
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
16 Jun 2020
Diqər xəbərlər
AMEA NEFT VƏ QAZ İNSTİTUTUNDA MAGİSTRLİK DİSSERTASİYALARININ MÜDAFİƏSİ KEÇİRİLİB
16 iyun 2020-ci il
AMEA Neft və Qaz İnstitutunda “Geofizika mühəndisliyi” üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasında magistrlik dissertasiyalarinin müdafiəsi keçirilib.
“Geofizika mühəndisliyi” komissiyanın iclasını komissiyanın sədri y.e.d., dosent Qulam Babayev giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.
İlk olaraq AMEA Neft və Qaz İnstitutunun magistraturasına 2018-ci il 060604 - “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə qəbul olunmuş Cəvahir Rəcəblinin “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması” mövzusunda dissertasiya işinin “Geofizika mühəndisliyi” komissiyanın iclasında müdafiəsi keçirilib. Dissertasiya işi Neft və Qaz İnstititunun “Neft və qazın geofizikası” şöbəsində Namaz Yusubovun rəhbərliyi ilə yerinə yetirilib.
Mövzu üzrə məruzə edən C.Rəcəbli “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması” mövzusunda magistr dissertasiya işinin xülasəsi ilə iştirakçıları tanış edib. Təqdiqat rayonu ərazisində aparılmış statistik analiz əsasında Cənubi Xəzər hövzəsində qeyd olunan əksolunan dalğaların orta kvadratik və əksolunma əmsallarının meyilliyi qiymətləri, digər seysmik dalğa atributlarına nisbətən, məhsuldar qatın kollektorluq xüsusiyyətlərilə səciyyələnən süxurlardan təşkil olunmuş laylarının qumluluq əmsalı və ərazinin paleocografiyası ilə daha sıx əlaqəli olduğunun müəyyən edilməsi və atribut analiz tədqiqatları əsasında geoloji kəsilişin optimallaşdırılmış proqnozlaşdırılma metodikasının hazırlanması əsaslandırılıb.
Bundan sonra C. Rəcəbli “Geofizika mühəndisliyi” komissiyanın üzvlərinin suallarını cavablandırıb.
Sonda qərara alındı ki, “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması” mövzusunda dissertasiya işinin müdafiəsi 94 balla qiymətləndirilsin.
Daha sonra AMEA Neft və Qaz İnstitutunun magistraturasına 2018-ci il 060602 - “Dəniz neft-qaz geofizikası” ixtisası üzrə qəbul olunmuş Gülnarə Əlizadənin “Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu” mövzusunda dissertasiya işinin “Geofizika mühəndisliyi” komissiyanın iclasında müdafiəsi keçirilib. Dissertasiya işi Neft və Qaz İnstititunun “Neft və qazın geofizikası” şöbəsində Namaz Yusubovun rəhbərliyi altında yerinə yetirilib.
Mövzu üzrə məruzə edən G.Əlizadə “Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu” mövzusunda magistr dissertasiya işinin xülasəsi ilə iştirakçıları tanış edib. Bildirib ki, tədqiqatın məqsədi seysmik kəşfiyyatın ÜDN üsulunun tətbiqilə, palçıq vulkanizminin mexanizmilə əlaqəli geoloji proseslərin və neft qaz yataqlarının yaranmasındakı rolunun tədqiqindən ibarət olmuşdur.
Təqdiqat rayonu ərazisində Cənubi Xəzər çökəkliyində, Aşağı Kür, Şamaxı-Qobustan və Abşeron neftli-qazlı rayonlarında aşkar edilmiş neft, qaz və ya qazkondensat yataqları ana süxurlarda yaranmış karbohidrogen flüidlərinin palçıq vulkanlarının yaratdığı şaquli kanallar vasitəsilə kollektor süxurlarda toplanması nəticəsində yaranması və Cənubi Xəzər çökəkliyində, Aşağı Kür, Şamaxı-Qobustan və Abşeron neftli-qazlı rayonlarında neft, qaz və ya qazkondensat yataqlarının formalaşmasında iştirak edən şaquli miqrasiya kanalları karbohidrogenlərin əmələ gəlməsi prosesində ana süxurların daxilində yaranmış gərginliklə əlaqədar olması əsaslandırılıb.
Bundan sonra G. Əlizadə “Geofizika mühəndisliyi” komissiyanın üzvlərinin suallarını cavablandırıb.
Sonda qərara alınıb ki, Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu” mövzusunda dissertasiya işinin müdafiəsi 92 balla qiymətləndirilsin.

