
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Jun 2020
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ALİMLƏRİ BEYNƏLXALQ ONLAYN VEBİNAR-MÜŞAVİRƏDƏ İŞTİRAK ETMİŞDİLƏR
29 iyun 2020-ci il
Geologiya və Geofizika İnstitutunun alimləri “Ərəbistan-Avrasiya kolliziya zonasının kinematikası və dinamikası” mövzusunda ERC-SYNERGY Bi-Lateral Beynəlxalq Proqramı çərçivəsində həyata keçirilən onlayn vebinar-müşavirədə iştirak ediblər. MüşavirəyəTurkiyə, ABŞ, Rusiya, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrinYer elmləri üzrə alim və mütəxəssisləri də qatılıblar.
Azərbaycan heyətində Yer Fizikası bölməsinin “Müasir geodinamika və kosmik geodeziya” şöbənin rəhbəri, YEB Elmi şuranın sədr müavini, akademik Fəxrəddin Qədirov, Geologiya və Geologiya İnstitutunun Yer Fizikası bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri, Yer elmlər üzrə elmlər doktoru, dosent Qulam Babayev və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov təmsil olunublar.
Onlayn müşavirədə “Ərəbistan-Avrasiya kolliziya zonasının kinematikası və dinamikası” mövzusunda Kembric Universitetinin Yer Elmləri Bölməsinin professoru Aleks Kopleyin təqdimatı geniş müzakirə edilib.
Mövzu ətrafinda müxtəlif suallar və təkliflər səsləndirilib. Müzakirələr zamanı qeyd olunub ki, Qafqaz bölgəsinin seysmogeodinamik seqmentləşdirilməsi istiqamətində və seysmik təhlükənin qiymətləndirilməsində həll olunmayan və açıq qalan müxtəlif məsələlər mövcuddur. Həmçinin vurğulanıb ki, onların dərindən araşdırılmasına doğrü yönələn məsələlərin həlli yalnız yeni üsulların tətbiqi vasitəsilə beynəlxalq konsorsium çərçivəsində həyata keçirilə bilər.
Tədbirin sonunda bu istiqamətdə mövcud olan metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb və növbəti onlayn vebinar – müşavirədə ABŞ alimlərinin təqdimatlarının müzakirəsi qərara alınıb.